Dünya

ABŞ səfiri: “Gürcüstan hökuməti Trampa təhqiramiz məktub göndərib”

8 İyul, 2025
54

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Gürcüstan hökumətinin ABŞ Prezidenti Donald Trampın administrasiyasına təhqiramiz məktub göndərdiyini deyib. 

Səfir bunu “Azadlıq Radiosu"nun gürcü xidmətinə iyulun 7-də yayımlanan müsahibədə bildirib. 

Şəxsi səbəblərə görə bu ay vəzifəsindən ayrılacaq Danniqan deyib ki, o, Trampın yanvar ayındakı inauqurasiyasından qısa müddət sonra Vaşinqtona gedib. Onun məqsədi yeni administrasiyanın “Gürcüstanla bağlı siyasəti barədə danışmaq” və “Gürcüstan hökumətinə ilk mesajın nə olması barədə təlimat almaq” olub. 

Vaşinqtondan təlimatlarla qayıdan səfir mart ayında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Danniqanın dediyinə görə, o, həmin görüşdə “çox aydın şəkildə Gürcüstanla münasibətlərimizi yenidən düzgün məcraya qaytarmaq üçün Gürcüstan hökumətinin ata biləcəyi iki-üç addımı” izah edib.

“İlk addımlardan biri anti-Amerika ritorikasına son qoymaq olardı. ABŞ haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirməyə son qoymaq lazımdır. [Hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının] ABŞ haqqında dediyi bir çox şeylər həqiqəti əks etdirmir.  Guya biz burada ikinci cəbhə açmağa çalışmışıq — bu, doğru deyil”, - deyə Danniqan Qərbin Gürcüstanı Rusiyaya hücum etməyə sövq etdiyi barədə tez-tez təkrarlanan konspiralogiya nəzəriyyəsinə işarə edib.

“Guya mənim sələfim burada inqilab törətməyə çalışıb — bu da doğru deyil. Guya bizim strateji tərəfdaşlığımız yalnız kağız üzərində mövcuddur — bu da həqiqət deyil. Guya mən hökumətim tərəfindən geri çağırılıram — bu da həqiqət deyil. Mən bu siyahını çox uzada bilərəm”, - o əlavə edib.

Səfirin dediyinə görə, xarici işlər naziri ilə görüşdən bir neçə gün sonra o, “Gürcü Arzusu”ndan Trampa ünvanlanmış, “təhqiramiz və qeyri-ciddi bir məktub” alıb. O, məktubun detallarını açıqlamayıb. 

Danniqan məktubun Vaşinqton tərəfindən “olduqca pis” qəbul edildiyini deyib. 

Onun sözlərinə görə, bunun ardınca Danniqan “Gürcü Arzusu”nun milyarder qurucusu və keçmiş baş nazir Bidzina İvanişvili ilə görüşmək üçün müraciət edib, lakin İvanişvili bu görüşdən imtina edib. Səfir izah edib ki, ona ABŞ-nin cavab mesajının hazırki Baş nazir İrakli Kobaxidzeyə yox, xüsusi olaraq İvanişviliyə çatdırması tapşırılıb. 

“Çünki düşünürəm ki, dünyada əksər insanlar başa düşür ki, hökuməti əslində Bidzina İvanişvili idarə edir”, - o qeyd edib. 

May ayında Kobaxidze Tramp administrasiyasına ictimai məktub göndərib. O, məktubda ABŞ ilə ölkəsi arasında “yüksək səviyyəli ünsiyyətin olmamasından” şikayətlənib.

Parlament sədri Şalva Papuaşvili Danniqanın müsahibəsi ilə bağlı deyib ki, “Prezident Tramp tərəfindən təbliğat vasitəsi kimi ifşa olunan “Azadlıq Radiosu” istefada olan səfirin müsahibəsini yayır”. “Nə səfir, nə də həmin media orqanı bizim üçün maraqlı deyil”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Netanyahu Trampı Nobelə namizəd göstərib 

8 İyul 2025

Foto: AP

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. O, bu barədə iyulun 7-də Ağ Evə rəsmi səfəri zamanı xəbər verib. Netanyahu Trampla mediaya açıq olan görüşdə onu Nobel Sülh Mükafatına namizəd göstərmək üçün Nobel Komitəsinə göndərdiyi məktubu təqdim edib.  O, məktubda Trampın "Yaxın Şərqdə münaqişələrin sona çatdırılması istiqamətində göstərdiyi səyləri təriflədiyini" deyib. “Mən təkcə bütün israillilərin deyil, həm də yəhudi xalqının sizə təşəkkürünü və heyranlığını ifadə etmək istəyirəm,” – Netanyahu məktubun nüsxəsini Trampa təqdim etməzdən əvvəl deyib. “Siz bunu haqq edirsiniz,” - o əlavə edib.  Tramp cavabında bunu "çox mənalı jest" adlandırıb.  Bundan...
Dünya

Putinin işdən çıxardığı nazir bir neçə saat sonra ölü tapılıb 

7 İyul 2025

Foto: Reuters

Rusiya Prezidenti Vladimir Putinin bu gün vəzifədən kənarlaşdırdığı nazir bir neçə saat sonra ölü tapılıb. Rusiya mətbuatı keçmiş nəqliyyat naziri Roman Staravoitin meyitinin iyulun 7-də Moskva vilayətində, Myakinino kəndindəki evində tapıldığını yazıb.  3 milyondan çox izləyicisi olan "Mash" Telegram kanalı iddia edib ki, keçmiş nazir özünü vaxtilə Daxili İşlər Nazirliyinin ona hədiyyə etdiyi tapança ilə vurub.  Rusiyanın İstintaq Komitəsi hadisənin araşdırılmasında intihar motivinin nəzərdən keçirildiyini bildirib.  İyulun 7-də Putinin sərəncamı ilə işdən çıxarılan Staravoit ötən ilin mayından bu postda olub. O, daha öncə Kursk vilayətinin qubernatoru olub.

Seçilmiş Videolar

Toplum TV loqo