Dünya

Putinin işdən çıxardığı nazir bir neçə saat sonra ölü tapılıb 

7 İyul, 2025
22

Foto: Reuters

Rusiya Prezidenti Vladimir Putinin bu gün vəzifədən kənarlaşdırdığı nazir bir neçə saat sonra ölü tapılıb.

Rusiya mətbuatı keçmiş nəqliyyat naziri Roman Staravoitin meyitinin iyulun 7-də Moskva vilayətində, Myakinino kəndindəki evində tapıldığını yazıb. 

3 milyondan çox izləyicisi olan "Mash" Telegram kanalı iddia edib ki, keçmiş nazir özünü vaxtilə Daxili İşlər Nazirliyinin ona hədiyyə etdiyi tapança ilə vurub. 

Rusiyanın İstintaq Komitəsi hadisənin araşdırılmasında intihar motivinin nəzərdən keçirildiyini bildirib. 

İyulun 7-də Putinin sərəncamı ilə işdən çıxarılan Staravoit ötən ilin mayından bu postda olub. O, daha öncə Kursk vilayətinin qubernatoru olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini deyib

7 İyul 2025

Foto: açıq mənbə

İran Prezidenti Məsud Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini bildirib.  O, bunu amerikalı jurnalist Taker Karlsona iyulun 7-də yayımlanan müsahibədə deyib.  Onun sözlərinə görə, hücum vaxtı o, iclas keçirirmiş və İsrail ordusu iclas keçirilən binanın olduğu ərazini bombalayıb.  "Onlar [İsrail] məni də öldürməyə cəhd etdilər, lakin uğursuzluğa düçar oldular. İnanclı şəxs kimi mən inanıram ki, kimin nə vaxt ölüb-ölməyəcəyinə Allah qərar verir. Allah istəsə, küçədə getdiyiniz yerdə də ölə bilərsiniz. Mən özümü ölkəmin müdafiəsi, suverenliyi və azadlığı üçün qurban verməkdən qorxmuram. Amma sual budur ki, daha çox insan öldürmək bu regiona sülh və əmin-amanlıq gətirəcəkmi?", - Pezeşkian qeyd edib.  Prezident...
Dünya

Peskov: "Rusiya Azərbaycanla problemlərin həll olunacağına ümid edir"

7 İyul 2025

Foto: BBC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Azərbaycanla yaranan gərginliyin həll olunacağına ümid etdiyini bildirib.  Peskov bunu iyulun 7-də rusiyalı jurnalistlərə deyib.  "Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan yaxın tərəfdaşlar, müttəfiqlərdir və onları birləşdirən ortaq bir tarix və gələcək var", – deyə Peskov vurğulayıb.  O əlavə edib ki, buna baxmayaraq, Rusiya gərginlik fonunda Azərbaycanda həbs olunan Rusiya vətəndaşlarının maraqlarını "bütün imkanlardan istifadə edərək" müdafiə edir və bunun üçün Azərbaycanla təmasdadır. Rusiya ilə Azərbaycan arasında münasibətlər iyunun 27-də Yekaterinburqda polisin iki etnik azərbaycanlının ölümü və bir neçəsinin həbsi ilə nəticələnən reydindən sonra kəskin şəkildə pisləşib. Gərginlik fonunda Rusiyada azərbaycanlı,...

Seçilmiş Videolar

Toplum TV loqo