Foto: BBC
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Azərbaycanla yaranan gərginliyin həll olunacağına ümid etdiyini bildirib.
Peskov bunu iyulun 7-də rusiyalı jurnalistlərə deyib.
"Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan yaxın tərəfdaşlar, müttəfiqlərdir və onları birləşdirən ortaq bir tarix və gələcək var", – deyə Peskov vurğulayıb.
O əlavə edib ki, buna baxmayaraq, Rusiya gərginlik fonunda Azərbaycanda həbs olunan Rusiya vətəndaşlarının maraqlarını "bütün imkanlardan istifadə edərək" müdafiə edir və bunun üçün Azərbaycanla təmasdadır.
Rusiya ilə Azərbaycan arasında münasibətlər iyunun 27-də Yekaterinburqda polisin iki etnik azərbaycanlının ölümü və bir neçəsinin həbsi ilə nəticələnən reydindən sonra kəskin şəkildə pisləşib.
Gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşları zorakılıqla həbs edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı