Foto: AP
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
O, bu barədə iyulun 7-də Ağ Evə rəsmi səfəri zamanı xəbər verib.
Netanyahu Trampla mediaya açıq olan görüşdə onu Nobel Sülh Mükafatına namizəd göstərmək üçün Nobel Komitəsinə göndərdiyi məktubu təqdim edib.
O, məktubda Trampın "Yaxın Şərqdə münaqişələrin sona çatdırılması istiqamətində göstərdiyi səyləri təriflədiyini" deyib.
“Mən təkcə bütün israillilərin deyil, həm də yəhudi xalqının sizə təşəkkürünü və heyranlığını ifadə etmək istəyirəm,” – Netanyahu məktubun nüsxəsini Trampa təqdim etməzdən əvvəl deyib. “Siz bunu haqq edirsiniz,” - o əlavə edib.
Tramp cavabında bunu "çox mənalı jest" adlandırıb.
Bundan əvvəl Pakistan rəhbərliyi də Trampı Hindistan və Pakistan arasındakı ən son münaqişəyə atəşkəs gətirməsi əsası ilə Nobel Sülh Mükafatına namizəd göstərib.
ABŞ Prezidenti son vaxtlarda həm "Truth Social" sosial şəbəkəsində, həm mediaya açıqlamalarında dünyada sülh üçün çox çalışdığını, lakin buna rəğmən Nobel Sülh Mükafatına layiq görülmədiyini deyərək gileylənib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: currenttime.tv
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı