Dünya

Tramp Ontario gölünə “Amerika gölü” adının verilməsini tapşırıb

28 Avqust, 2026
75

whitehouse

ABŞ prezidenti Donald Tramp Kanada ilə davam edən ticarət gərginliyi fonunda ABŞ-Kanada sərhədində yerləşən Ontario gölünün “Amerika gölü” adlandırılmasını nəzərdə tutan fərman imzalayıb.

Fərmana əsasən, ABŞ-nin federal qurumları bundan sonra gölə istinad edərkən yeni addan istifadə etməlidir. ABŞ Geoloji Xidmətinin rəhbərliyi “Amerika gölü” adının ölkə daxilində rəsmi xəritələrdə də işlədiləcəyini bildirib.
ABŞ-nin daxili işlər naziri Daq Berqam qərarı şərh edərkən ölkə ərazisində yerləşən və ya onunla həmsərhəd olan coğrafi obyektlərin adlarının “Amerikanın əzəmətini əks etdirməli olduğunu” deyib.

Kanada hakimiyyəti isə Trampın qərarını qəbul etməyib və gölü bundan sonra da “Ontario gölü” adlandıracağını açıqlayıb.

Kanadanın Baş naziri Mark Karni bildirib ki, “Ontario” sözü bölgənin yerli xalqlarından olan vendatların (huronların) dilindən gəlir və “böyük, gözəl göl” mənasını verir.

ABŞ prezidentinin fərmanı gölün beynəlxalq səviyyədə tanınan adını dəyişmir. Qərar ABŞ federal qurumlarının istifadə etdiyi rəsmi terminologiyaya aiddir və Kanada üçün hüquqi qüvvəyə malik deyil.

Ontario gölü ABŞ və Kanada arasında yerləşən beş Böyük göldən biridir. O, Böyük göllər sisteminin ən şərqində yerləşir və sahəsinə görə onların ən kiçiyidir.

Bu, Trampın prezident fərmanı ilə coğrafi obyektin adının dəyişdirilməsi təşəbbüsü ilə ilk çıxışı deyil. O, daha əvvəl Meksika körfəzinin ABŞ-yə aid hissəsinin “Amerika körfəzi” adlandırılması barədə göstəriş vermişdi.

Ontario gölü ilə bağlı qərar ABŞ və Kanada arasında ticarət münasibətlərinin kəskinləşdiyi vaxta təsadüf edir.

Kanada avqustun 25-də ABŞ-dən idxal olunan bir sıra mallara 15 faizdən 50 faizədək cavab rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Yeni tariflərin sentyabrın 8-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Kanadanın qərarı ABŞ-nin bu ölkədən idxal edilən bir sıra məhsullara 50 faizlik rüsum tətbiq etməsinə cavab olaraq verilib. Tərəflər ticarət razılaşması əldə edə bilməyib və danışıqların uğursuzluğunda bir-birini ittiham ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo