sosial media
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətinin Avropa İttifaqına (Aİ) inteqrasiya siyasətini tənqid edib.
O, avqustun 28-də RBC-yə müsahibəsində bildirib ki, Ermənistanın eyni zamanda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası mümkün deyil.
Lavrov xatırladıb ki, Ermənistan Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib. Onun sözlərinə görə, Aİİ ölkələri mayda keçirilən sammitdə Ermənistan rəhbərliyini referendum keçirməyə və ölkənin Aİ-yə qoşulmaq, yoxsa Aİİ-də qalmaq istədiyinə aydınlıq gətirməyə çağırıb.
Rusiya XİN rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-yə üzvlüklə bağlı müraciət təqdim edildikdən, buna cavab alındıqdan və üzvlük üzrə “yol xəritəsi” hazırlandıqdan sonra referendumun keçirilə biləcəyi barədə açıqlamasını da tənqid edib.
Lavrovun fikrincə, bu yanaşma Ermənistan hakimiyyətinin seçicilərə etimadının yüksək olmadığını göstərir.
O bildirib ki, vətəndaşlara Aİ ilə Aİİ arasında seçim etmələri üçün mövcud iqtisadi vəziyyət də açıq şəkildə göstərilməlidir.
“Son üç ildə ticarət dövriyyəsi 6 milyard dolları ötüb, bir ildə isə 12 milyard dollara çatıb. Ümumilikdə Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib”, - Lavrov deyib.
Rusiya XİN rəhbəri həmçinin Ermənistanın Rusiyadan enerji resurslarını Avropa İttifaqındakı qiymətlərdən 3-4 dəfə ucuz aldığını iddia edib.
Lavrov müsahibədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və oğlunun həbsinə də münasibət bildirib. O qeyd edib ki, digər keçmiş prezident Serj Sarkisyan da istintaq altındadır.
Nazirin sözlərinə görə, Moskva Ermənistanla münasibətlərdə “erməni xalqının maraqlarını” əsas götürür. Bununla yanaşı, Lavrov hazırkı Ermənistan rəhbərliyinin fərqli məqsədlər rəhbər tutduğunu və Avropa İttifaqına istiqamət götürdüyünü deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
whitehouse
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib