Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr, 2026
43

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib.
Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb.
“Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib.
O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.

Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib.

“Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib.

O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini, lakin Kiyevin Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmalı olduğunu qeyd edib.

“Bildiyimə görə, bizim Ukrayna ilə rəsmi müttəfiqlik münasibətlərimiz yoxdur”, - ABŞ vitse-prezidenti əlavə edib.

Ukrayna NATO üzvü olmasa da, onilliklərdir alyansla əməkdaşlıq edir. NATO üzv ölkələrinin liderləri dəfələrlə Ukraynanın gələcəyinin alyansla bağlı olduğunu bəyan ediblər. Qurumun mövqeyinə görə, üzvlər arasında razılıq əldə edilərsə və zəruri şərtlər yerinə yetirilərsə, Ukraynaya üzvlük dəvətinin göndərilməsi məsələsinə baxıla bilər.

Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl Vaşinqtonun Kiyevə münasibətdə bəzi qərarlarının “izahı çətin” olduğunu bildirib. O, Rusiyanın neft emalı zavodlarına zərbələrin 30 gün dayandırılması qarşılığında Ukraynanın hava hücumundan müdafiəsi üçün “Patriot” raketlərinin verilməsini təklif etdiyini deyib.

Ukrayna tərəfi hələlik Vensin bu açıqlamasına münasibət bildirməyib.

Ukrayna prezidenti Volodimir Zelenski isə bir gün öncə Vaşinqtonun Kiyevə münasibətdə bəzi qərarlarının “izahı çətin” olduğunu bildirib. O, Rusiyanın neft emalı zavodlarına zərbələrin 30 gün dayandırılması qarşılığında Ukraynanın hava hücumundan müdafiəsi üçün “Patriot” raketlərinin verilməsini təklif etdiyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

Almaniyadan Tacikistana deportasiya edilən müxalif fəala 17 il həbs verilib

19 Oktyabr 2026

sosial media

Almaniyadan deportasiya edilən Tacikistan müxalifətçisi Əsədullo Boboyev Tacikistanda 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Freedom for Eurasia” insan haqları təşkilatı və “Azadlıq Radiosu”nun Tacik xidmətinə istinadəb məlumat yayıb. Məlumata görə, 54 yaşlı Boboyev bu ilin iyununda Almaniyadan Tacikistana deportasiya olunub. Dövlət ittihamçısı onun 21 il azadlıqdan məhrum edilməsini istəyib. Boboyev hakimiyyətin zorakı yolla dəyişdirilməsinə, hakimiyyətin ələ keçirilməsinə və ya ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar da daxil olmaqla, Cinayət Məcəlləsinin üç maddəsi üzrə təqsirləndirilib. Əsədullo Boboyev 2017-ci ildə ailəsi ilə birlikdə Tacikistanı tərk edib. O, əvvəlcə Litvaya, daha sonra Almaniyaya gedərək sığınacaq istəyib. Boboyev Tacikistanda islahatlar və prezident...

Seçilmiş Videolar

Toplum TV loqo