sosial media
Avropa İttifaqı Şurası Ermənistandan idxal olunacaq məhsulların əksəriyyətini rüsumdan azad etmək barədə qərar qəbul edib.
Şura sentyabrın 24-də yayımladığı pres-relizdə bildirir ki, qərar iki il qüvvədə olacaq və Ermənistandan idxal olunan məhsulların 80 faizinə şamil olunacaq.
"Qərar Ermənistanla Aİ arasında ticarət axınlarını dəstəkləmək və Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır", - deyə əlavə olunub.
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qərarın Rusiyanın bu yaxınlarda Ermənistandan məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı olduğunu bildirib.
“Bu, Ermənistanın Avropaya yaxınlaşmaq istiqamətində demokratik seçiminin ardınca Rusiyanın Ermənistan istehsalçıları və fermerləri üçün öz bazarını bağlamasına verdiyimiz cavabdır", - o, sosial media hesabında yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
whitehouse.com
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”