sosial media
Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfərin azadlığa buraxılmasına qərar verib.
O, bu barədə əfv sərəncamını sentyabrın 24-də imzalayıb. Qərar Lukaşenko ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Con Koul arasında ötən həftə baş tutan danışıqlardan sonraya təsadüf edib.
Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, 15 nəfərdən 10-u qadındır və onlardan 13-ü "ekstremist xarakterli cinayətlərə görə" məhkum olunublar. Məlumatda o da deyilir ki, məhkumlar prezidentə əfv ərizəsi yazdıqdan sonra azad olunublar.
Belarus və ABŞ arasında bir ildən çoxdur danışıqlar prosesi gedir. Bu proses çərçivəsində Belarusda yüzlərlə siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılıb. Qarşılığında isə ABŞ Belarusa tətbiq etdiyi bəzi sanksiyaları ləğv edib.
Belarus hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbusların olduğunu təkzib edir. Lakin Belarusdan olan hüquq müdafiəsi təşkilatı "Viasna"nın hesablamasına görə, ölkədə hələ də 883 siyasi məhbus qalmaqdadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
whitehouse.com
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”