şəxsi arxivi
Sentyabrın 25-də Ali Məhkəmədə həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb.
İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim İlkin Abdullayevin sədrlik etdiyi prosesdə əvvəlcə B.Səmədov çıxış edərək azadlığa buraxılması üçün beynəlxalq təşkilatların müraciətlər etdiyini, lakin Azərbaycan hakimiyyətinin bu çağırışları nəzərə almadığını xatırladıb.
Vəkil Zibeydə Sadıqova isə çıxışında dövlətə xəyanət ittihamının və buna sübut kimi təqdim olunan dəlillərin mübahisəli olduğunu bildirib. Onun sözlərinə görə, müvəkkilinin əcnəbilərlə, o cümlədən erməni əsilli şəxslərlə ünsiyyət saxlaması öz-özlüyündə dövlətə xəyanət kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi həmçinin həmin şəxslərlə onlayn əlaqə saxlanılaraq onların xüsusi xidmət orqanlarının nümayəndələri olub-olmadığının araşdırılması ilə bağlı dəfələrlə məhkəməyə vəsatət təqdim etdiyini, lakin bu vəsatətlərin təmin olunmadığını bildirib.
Proses zamanı hakim İlkin Abdullayevin daha əvvəl Xankəndidə fəaliyyət göstərdiyi məlum olub. Bu zaman B.Səmədovun vəkili Zibeydə Sadıqova qeyd edib ki, hakimin Xankəndidə fəaliyyət göstərməsi və ermənilərə qarşı mümkün mənfi münasibəti onun ədalət hissinə təsir edə bilər və bu səbəbdən işə obyektiv baxıla bilməz. Vəkil yazılı şəkildə etiraz təqdim edərək hakimin dəyişdirilməsini istəyib.
Bununla bağlı məhkəmə heyəti fasiləyə gedib. Fasilədən sonra hakim vəkilin etirazının təmin edilmədiyini və məhkəmənin əvvəlki tərkibdə prosesə davam edəcəyini bəyan edib.
Fasilədən sonra həmçinin B.Səmədovun gözləmə yerində sağ qolunu bir neçə yerdən kəsərək özünə xəsarət yetirdiyi məlum olub. O bildirib ki, artıq məhkəməyə "deyəcək sözü qalmayıb, çünki məhkəmələrdə danışıb, yazıb və özünü müdafiə edib, lakin bütün bunlar heç bir nəticə verməyib".
Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi heç bir vəsatəti təmin etməyib. B.Səmədovun barəsindəki əvvəlki hökm də qüvvədə saxlanılıb.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə cəzalandırıldığını deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
şəxsi arxivi
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”