Foto: eeas.europa.eu
Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının fəaliyyətinə davam edəcəyi bildirilir.
Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos "Azadlıq Radiosu"na açıqlamasında deyib.
"Bildiyimə görə, Ermənistan xalqı və hakimiyyəti Avropa İttifaqının Ermənistandakı missiyasını alqışlayır. Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və, əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək", – səfir qeyd edib.
Maraqos əlavə edib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişi mətnində deyilir ki, tərəflər sərhədlərinə üçüncü tərəf qüvvələrini yerləşdirməməlidir.
Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində 2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistandakı Aİ missiyasını casusluqda ittiham edib, onun fəaliyyətini "binokl diplomatiyası" adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Paşinyan “soyqırımı abidəsi”nin direktorunu Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxarıb
Foto/kollaj: Toplum TV
Foto: açıq mənbə
Azərbaycanda iki fərmanla 10 dövlət qurumu ləğv edildi
Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"
Kimi aldadırsan, ay zalım oğlu?..
“Hakimiyyət təcridxana əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir”
Zahid Orucun əhalinin 94%-inin İlham Əliyevi dəstəklədiyini deyən mərkəzi bağlandı?