Siyasət

Ermənistan və Pakistan diplomatik münasibətlər qurub

1 Sentyabr, 2025
209

Foto: X

Avqustun 31-də Çinin Tiancin şəhərində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında kommunike imzalanıb. 

Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Pakistan xarici işlər naziri İşıq Dar imzalayıblar. 

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, hər iki dövlət BMT Nizamnaməsinə uyğun olaraq "dostluq münasibətlərini inkişaf etdirmək niyyətindədir". 

"Bu, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və sülh içində birgə yaşamaq prinsiplərini əhatə edir", - deyə qeyd olunub. 

Ermənistan XİN əlavə edib ki, iki dövlət diplomatik münasibətlərin həyata keçirilməsi üçün "zəruri olan bütün yardımı qarşılıqlı əsasda, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq adət-ənənələrə uyğun olaraq" təmin edəcəklər.

İşıq Dar isə bildirib ki, ölkələr BMT Nizamnaməsinin prinsiplərinə və məqsədlərinə sadiqliyini "bir daha təsdiqləyiblər və iqtisadiyyat, təhsil, mədəniyyət və turizm də daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün birlikdə çalışmağa razılaşıblar". 

İmzalama mərasimi Tiancin şəhərində keçirilən  Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq" 

22 Yanvar 2026

Foto: Reuters

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qəzza Sülh Şurasında daimi üzvlük əldə etmək üçün ABŞ-dəki dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar ödəniş etməyə hazırdır.  O, yanvarın 21-də Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib ki, Xarici İşlər Nazirliyinə "şuraya qoşulmaqla bağlı təklifi araşdırmağı və Rusiyanın mövqeyini tərəfdaşları ilə uzlaşdırmağı" tapşırıb. Putinin sözlərinə görə, "Fələstin xalqı ilə Rusiyanın xüsusi əlaqələrini nəzərə alaraq, hətta şuraya qoşulmadan belə" sözügedən məbləği şuraya ianə etməyə hazırdır.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, ABŞ prezidenti Donald Trampın administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında...
Siyasət

Əliyev: “Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”

20 Yanvar 2026

Foto: açıq mənbə

“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib. İ.Əliyev qeyd edib ki, əvvəllər reaksiya verilirdi: "Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik". İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı "təcavüzkar mövqedə" olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır: "Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı....

Seçilmiş Videolar

Toplum TV loqo