president.az
Azərbaycan və Böyük Britaniya arasında müdafiə, enerji, ticarət, təhsil və innovasiya sahələrini əhatə edən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Sənədi noyabrın 12-də Dublində Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Endi Börnham imzalayıblar.
Sənəd müdafiə, təhlükəsizlik, ticarət, investisiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bəyannaməyə əsasən, tərəflər müdafiə sahəsində təlimlər, potensialın artırılması və qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı inkişaf etdirəcək, müdafiə sənayesində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar. Həmçinin hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlıq istiqamətlərində əlaqələr genişləndiriləcək.
İqtisadi sahədə bərpa olunan enerji, infrastruktur, nəqliyyat və logistika layihələri, eləcə də Orta Dəhlizin inkişafı əsas istiqamətlər sırasındadır. Tərəflər yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə də əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar.
Sənəddə ali və peşə təhsili, elmi tədqiqatlar, süni intellekt və rəqəmsallaşma sahələrində birgə fəaliyyətin genişləndirilməsi də nəzərdə tutulur.
Bəyannamədə Böyük Britaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhə nail olmaq məqsədilə ikitərəfli dialoqa dəstəyini davam etdirdiyi vurğulanır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: şəxsi arxiv
Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib