Dünya

Axios: “Tramp yenə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib”

21 Sentyabr, 2026
6

sosial media

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı dəfələrlə istəyib.

Bu barədə “Axios” portalı danışıqdan məlumatlı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, Tramp istəyini bu hücumların dünya bazarında dizel yanacağının qiymətini artırması ilə əsaslandırıb.

“Danışıq zamanı ‘dizel’ sözü dəfələrlə səsləndi”, - mənbə bildirib.

Zelenski sentyabrın 20-si axşam baş tutan telefon danışığı barədə açıqlamasında Trampla Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini deyib. Lakin onun neft emalı zavodlarına zərbələri dayandırmaq istəyinə cavabı barədə məlumat verilməyib.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov “Axios”a bildirib ki, görüşün sentyabrın 22-də, Trampın BMT Baş Assambleyasında çıxış edəcəyi gün keçirilməsi gözlənilir.

Zelenski telefon danışığı zamanı Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” kimi tanınan qanunu imzaladığına görə Trampa təşəkkür edib.

Tramp daha əvvəl də Ukraynanı Rusiyanın dizel yanacağı istehsal edən müəssisələrinə hücumları dayandırmağa çağırmışdı. O, belə zərbələrin yanacaq çatışmazlığına və qiymət artımına səbəb olduğunu bildirmişdi.

Sentyabrın 14-ü axşam isə ABŞ prezidenti Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna zərbə endirməmək barədə razılığa gəldiyini açıqlamışdı. Lakin bu bəyanatdan cəmi bir neçə saat sonra tərəflər qarşılıqlı hücumları davam etdiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Moskva Britaniyanı hərbi obyektlərini hədəfə almaqla hədələyib

18 Sentyabr 2026

rbc

“Ukraynada Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən Britaniya hərbi obyekti qanuni hədəfdir”. Bunu sentyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Rusiya XİN Böyük Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırmasına da etiraz edib. Bununla əlaqədar Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Moskva Londonu gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb və “özünümüdafiə hüququ” çərçivəsində cavab tədbirləri görə biləcəyini bildirib. Rusiya tərəfi vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyətin Londonun üzərinə düşəcəyini bəyan edib. Sentyabrın 17-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski də Britaniyanın Ukraynaya PUA tədarükünü Moskvanın “müharibədə birbaşa iştirak” kimi qiymətləndirə biləcəyini söyləyib....
Dünya

Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb

18 Sentyabr 2026

sosial media

Ukrayna Avropa İttifaqından (Aİ) raket və pilotsuz uçuş aparatlarının alınması üçün 3,3 milyard avro kredit alıb. “Reuters”in məlumatına görə, bunu sentyabrın 18-də Ukraynanın baş naziri Sergey Koretski bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen də bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra vəsaitin köçürüləcəyini açıqlamışdı. Von der Leyen Aİ-nin Ukraynaya dəstək çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini də təsdiqlədiyini bildirib. O, həmçinin Aİ ilə Ukraynanın birgə müdafiə layihələri üçün yeni proqramın yaradılmasının planlaşdırıldığını qeyd edib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Aİ Kiyevə maliyyə və hərbi dəstəyini artırıb. Qurum 2024-cü ildə...

Seçilmiş Videolar

Toplum TV loqo