Dünya

Amerikalı gömrükçülər "Tramp marşrutu" üçün Ermənistana gəlib 

3 Oktyabr, 2025
187

Foto: sosial media

ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin bir qrup nümayəndəsi Ermənistana gəlib. 

Bu barədə oktyabrın 3-də ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan Sərhəd Mühafizə Qüvvələri ilə birlikdə "Tramp marşrutu" üçün "imkanların qiymətləndirilməsini"  aparacaq. 

Onlar “Boşluqlar və İmkanlar üzrə Təhlil Prosesi” layihəsi çərçivəsində təkmilləşdirmə sahələrini müəyyən edəcəklər.

 Səfirlik bildirib ki, bu, Vaşinqton razılaşmalarının həyata keçirilməsinə doğru ilk addımdır.

“Biz Ağ Evdə 8 avqustda prezident Tramp və baş nazir Paşinyan arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanan ‘Sülh Yolları’ potensial quruculuğu tərəfdaşlığının həyata keçirilməsinə atılan bu ilk addımı dəstəkləməkdən qürur duyuruq", – deyə açıqlamaya əlavə olunub.

Açıqlamada, həmçinin, qeyd olunur ki, "digər yerlərdə də uğurla tətbiq edilmiş “Açıqlıq və İmkanlar” analitik metodologiyası sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və strateji investisiyalar tələb edən sahələrin dəqiqləşdirilməsinə" kömək edəcək.

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “İran müharibənin ilk günlərindən Rusiyaya silah və dronlar verib”

27 İyul 2026

President.gov.ua

Ukrayna prezidenti Volodimir Zelenski İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə görə Kiyevin cavab verməli olacağı barədə xəbərdarlığına münasibət bildirib. Zelenski “Sky News”-a müsahibəsində deyib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Moskvanı pilotsuz uçuş aparatları (PUA), silah və hərbi texnologiyalarla dəstəkləyib. Onun sözlərinə görə, Tehran müharibənin ilk ilində Rusiyaya minlərlə "Şahed" dronu göndərib, daha sonra isə həmin dronların Rusiyada istehsalı üçün texnologiya və lisenziyalar təqdim edib. Zelenskinin açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçının Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin "cavabsız qalmayacağı" barədə bəyanatından sonra səslənib. İran tərəfi bildirib ki, hücum nəticəsində kommersiya gəmisində partlayış baş verib....
Dünya

Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"

27 İyul 2026

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) ölkəsinə qarşı qəbul etdiyi sanksiyalardan danışıb.  O, iyulun 27-də Dumada çıxışı zamanı deyib ki, Qərb ölkələri bu sanksiyalarla rekord qırır. "İki meyar üzrə rekord qırırlar: həm tətbiq edilən sanksiyaların sayına görə, həm də onların faydasızlığına görə. Bu sanksiyaların vurduğu zərər isə ilk növbədə onların müəlliflərinə və təşəbbüskarlarına, eləcə də bəzi Avropa ölkələri və digər dövlətlərin xalqlarına dəyir", - o əlavə edib.  Putin çıxışının digər hissəsində Ukraynada davam edən müharibəyə toxunaraq deyib ki, ölkəsi "qarşıya qoyulan bütün məqsədlərə çatacaq".  İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket çərçivəsində 48 fiziki və...

Seçilmiş Videolar

Toplum TV loqo