President.gov.ua
Ukrayna prezidenti Volodimir Zelenski İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə görə Kiyevin cavab verməli olacağı barədə xəbərdarlığına münasibət bildirib.
Zelenski “Sky News”-a müsahibəsində deyib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Moskvanı pilotsuz uçuş aparatları (PUA), silah və hərbi texnologiyalarla dəstəkləyib.
Onun sözlərinə görə, Tehran müharibənin ilk ilində Rusiyaya minlərlə "Şahed" dronu göndərib, daha sonra isə həmin dronların Rusiyada istehsalı üçün texnologiya və lisenziyalar təqdim edib.
Zelenskinin açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçının Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin "cavabsız qalmayacağı" barədə bəyanatından sonra səslənib.
İran tərəfi bildirib ki, hücum nəticəsində kommersiya gəmisində partlayış baş verib. Hadisə zamanı bir dənizçi ölüb, biri isə yaralanıb. İran Xarici İşlər Nazirliyi hücumu "düşmənçilik və cinayət xarakterli əməl" adlandıraraq Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.
Abbas Əraqçı isə Ukraynanı gəmiyə "İsrailin göstərişi ilə" hücum etməkdə və Avropanı münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib. O, "X" hesabında paylaşdığı yazıda Zelenskini "parazit" adlandırıb, hücumu BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib və Kaya Kallasla Sergey Lavrovla apardığı danışıqlarda bu məsələnin müzakirə olunduğunu bildirib.
Ukrayna isə Xəzər dənizində hədəfə alınan gəmilərin İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti də zərbə endirilən gəmilərdən birinin İran və Rusiya arasında hərbi təchizat daşıdığını açıqlayıb.
Zelenski bildirib ki, Ukrayna yeni cəbhənin açılmasına səbəb ola biləcək addımlardan çəkinməlidir. Bununla yanaşı, o vurğulayıb ki, İran və Şimali Koreya artıq Rusiyaya hərbi dəstək verməklə müharibəyə cəlb olunublar.
"Biz ehtiyatlı olmalıyıq. Heç bir halda yeni cəbhə açmamaq üçün əlimizdən gələni etməliyik. Amma dürüst olmalıyıq. İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər", - Zelenski deyib.
Ukrayna prezidenti əlavə edib ki, hər iki ölkənin münaqişədə iştirakını daha da genişləndirməyəcəyinə ümid edir. Bununla belə, o, Ukraynanın istənilən ssenariyə hazır olmasının vacibliyini vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"
kremlin.ru
X / EU Council
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu