Dünya

Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"

27 İyul, 2026
11

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) ölkəsinə qarşı qəbul etdiyi sanksiyalardan danışıb. 

O, iyulun 27-də Dumada çıxışı zamanı deyib ki, Qərb ölkələri bu sanksiyalarla rekord qırır.

"İki meyar üzrə rekord qırırlar: həm tətbiq edilən sanksiyaların sayına görə, həm də onların faydasızlığına görə. Bu sanksiyaların vurduğu zərər isə ilk növbədə onların müəlliflərinə və təşəbbüskarlarına, eləcə də bəzi Avropa ölkələri və digər dövlətlərin xalqlarına dəyir", - o əlavə edib. 

Putin çıxışının digər hissəsində Ukraynada davam edən müharibəyə toxunaraq deyib ki, ölkəsi "qarşıya qoyulan bütün məqsədlərə çatacaq". 

İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb. Bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 25-də etdiyi videomüraciətdə Putinin səfərbərliyə hazırlaşdığını iddia edib. 

"Putin sadəcə olaraq müharibəyə daha çox rus göndərməyə hazırlaşır. O, bunu fərqli sözlər və mesajlarla ört-basdır etməyə çalışır, amma əslində hazırlaşdığı məhz budur. Tərəfdaşlarımızla birlikdə Rusiyaya kifayət qədər təzyiq göstərməyimiz həyati əhəmiyyət daşıyır ki, bu təcavüzə son qoymaq ideyası üstünlük təşkil etsin – yeni bir Rusiya səfərbərliyi deyil, sülh ideyası", - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “İran müharibənin ilk günlərindən Rusiyaya silah və dronlar verib”

27 İyul 2026

President.gov.ua

Ukrayna prezidenti Volodimir Zelenski İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə görə Kiyevin cavab verməli olacağı barədə xəbərdarlığına münasibət bildirib. Zelenski “Sky News”-a müsahibəsində deyib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Moskvanı pilotsuz uçuş aparatları (PUA), silah və hərbi texnologiyalarla dəstəkləyib. Onun sözlərinə görə, Tehran müharibənin ilk ilində Rusiyaya minlərlə "Şahed" dronu göndərib, daha sonra isə həmin dronların Rusiyada istehsalı üçün texnologiya və lisenziyalar təqdim edib. Zelenskinin açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçının Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin "cavabsız qalmayacağı" barədə bəyanatından sonra səslənib. İran tərəfi bildirib ki, hücum nəticəsində kommersiya gəmisində partlayış baş verib....
Dünya

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etdi

24 İyul 2026

X / EU Council

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. İyulun 23-də təsdiqlənən yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb. Bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır. Maliyyə sektorunda 94 bank və iri maliyyə qurumunun aktivləri dondurulub. Daha 33 Rusiya bankına qarşı maliyyə əməliyyatlarına qadağa qoyulub. Bir neçə ölkədə fəaliyyət göstərən kriptovalyuta platformaları da sanksiyalara məruz qalıb. Neft sektorunda 18 şirkət və bir fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Sanksiya siyahısına Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu, Belarusun iri neft emalı...

Seçilmiş Videolar

Toplum TV loqo