Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”
sosial media
İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir.
Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb.
Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir.
Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar casusluq məqsədilə reklamın istifadəçinin daxil olduğu saytda yüklənməsinin kifayət etdiyini qeyd edirlər.
Hesabatlara görə, bəzi reklamlar ABŞ-nin sanksiya siyahısına daxil etdiyi İsrailin “Candiru” şirkətinə aid casus proqramların yayılmasında istifadə olunub. “Citizen Lab” həmin proqramların 2024–2025-ci illərdə Qətərin “Əl-Cəzirə” telekanalına aid 45 “Windows” cihazının ələ keçirilməsi ilə əlaqəli olduğunu bildirib.
“Confiant” şirkətinin həmtəsisçisi Jerom Danyu “Discover-Tech”in fəaliyyətinin, böyük ehtimalla, yüz milyonlarla insanı əhatə etdiyini deyib.
Hesabatlarda zərərli reklamların Pentaqon, Beynəlxalq Atom Enerjisi Agentliyi, Beynəlxalq Cinayət Məhkəməsi və digər həssas şəbəkələrdə də göründüyü bildirilir.
Araşdırmadan sonra Google “Discover-Tech”i reklam platformalarından uzaqlaşdırıb. Avropada rəqəmsal marketinq və reklam ekosistemini təmsil edən “IAB Europe” şirkəti təsdiqlənmiş təchizatçılar siyahısından çıxarıb. “Comcast”ın reklam texnologiyaları bölməsi də şirkəti platformasından uzaqlaşdırıb.
“Discover-Tech” və “Candiru” “Reuters”in şərh sorğularına cavab verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Fransanın XİN başçısı Azərbaycanın Yeni Kaledoniyadakı fəaliyyətini “təxribatçı” adlandırıb
ouest-france.fr
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb