Fransanın XİN başçısı Azərbaycanın Yeni Kaledoniyadakı fəaliyyətini “təxribatçı” adlandırıb
ouest-france.fr
Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanın Yeni Kaledoniyadakı fəaliyyətini “təxribatçı” adlandırıb.
O, oktyabrın 13-də Parisdə keçirilən Qlobal Forumdakı çıxışında Numeada konfranslar təşkil etməklə Fransanın dənizaşırı ərazilərində üsyana çağırışlar yaydığını iddia etdiyi “Azərbaycan qrupunun” hərəkətlərini tənqid edib. Nazir qurumun adını çəkməsə də, söhbətin Bakı Təşəbbüs Qrupundan (BTQ) getdiyi bildirilir.
Barro çıxışında avtoritar ölkələrin və onları dəstəkləyən qüvvələrin demokratiyaya qarşı daha geniş mübarizə çərçivəsində ictimai müzakirələri qütbləşdirməyə çalışdığını deyib. O, həmçinin Fələstin məsələsi ətrafında süni qarşıdurmalar yaratmaq üçün saxta Fransa hesabları açdığı deyilən İsrail şirkətini və Elon Maskın onlayn təqib kampaniyalarını xatırladıb.
Bakı Təşəbbüs Qrupu özünü müstəmləkəçilik və neomüstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq, müstəqillik və bərabər hüquqlar uğrunda mübarizəsini dəstəkləyən təşkilat kimi təqdim edir. Qurumun fəaliyyətinin əsasən Fransanın dənizaşırı ərazilərinə, eləcə də Ermənistanın müttəfiqi olan ölkələrə yönəlməsi onun Azərbaycanın xarici siyasətində alət kimi istifadə edildiyi barədə tənqidlərə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Barro-nun açıqlamasını rədd edib. O, Azərbaycanın Yeni Kaledoniya və digər Fransa ərazilərində yaşayan xalqların hüquqları uğrunda mübarizəyə müdaxilə etməsi barədə iddiaları “tamamilə əsassız” adlandırıb.
“Fransa rəsmilərinin demokratiya, insan hüquqları və qanunun aliliyindən danışarkən, ilk növbədə bu prinsiplərin Fransanın öz siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı”, - Hacızadə bildirib.
Bu, Fransanın Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı fəaliyyəti ilə bağlı ilk ittihamı deyil. Paris 2024-cü ildə Azərbaycanın ərazidə insan tələfatı ilə nəticələnən iğtişaşları təşviq etdiyini bildirmiş, Bakı isə ittihamları təkzib etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb