sosial media
İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir.
“Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb.
Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib.
Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin isə hüquq-mühafizə orqanları tərəfindən bağlandığı bildirilir.
Satirik daha əvvəl də İran hakimiyyətini və ölkədəki iqtisadi vəziyyəti tənqid edib. O, yanvar etirazlarından sonra da hökumətin siyasəti barədə tənqidi paylaşımlar edib.
Əli Xamenei 1989-cu ildə Ruhullah Xomeyninin ölümündən sonra İranın ali rəhbəri seçilmişdi. Ali rəhbər vəzifəsi ölkənin ən yüksək siyasi və dini postu sayılır - silahlı qüvvələr, məhkəmə sistemi və dövlət yayım qurumları da daxil olmaqla əsas institutlar bu postun geniş səlahiyyətləri altındadır.
Xamenei 28 fevral 2026-cı ildə ABŞ və İsrailin Tehrana endirdiyi hava zərbələri zamanı öldürülüb. İran dövlət mediası onun ölümünü martın 1-də təsdiqləyib.
Onun ölümündən sonra oğlu Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”
sosial media
Fransanın XİN başçısı Azərbaycanın Yeni Kaledoniyadakı fəaliyyətini “təxribatçı” adlandırıb
ouest-france.fr
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb