Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb
sosial media
Ukrayna Avropa İttifaqından (Aİ) raket və pilotsuz uçuş aparatlarının alınması üçün 3,3 milyard avro kredit alıb.
“Reuters”in məlumatına görə, bunu sentyabrın 18-də Ukraynanın baş naziri Sergey Koretski bildirib.
Avropa Komissiyasının sədri Ursula von der Leyen də bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra vəsaitin köçürüləcəyini açıqlamışdı.
Von der Leyen Aİ-nin Ukraynaya dəstək çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini də təsdiqlədiyini bildirib.
O, həmçinin Aİ ilə Ukraynanın birgə müdafiə layihələri üçün yeni proqramın yaradılmasının planlaşdırıldığını qeyd edib.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Aİ Kiyevə maliyyə və hərbi dəstəyini artırıb. Qurum 2024-cü ildə dondurulmuş Rusiya Mərkəzi Bankı aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək üçün istifadəsinə razılıq verib.
Həmin plan gəlirlərin 90 faizinin hərbi yardıma, qalan hissəsinin isə müdafiə sənayesi və bərpa layihələrinə yönəldilməsini nəzərdə tuturdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
rbc
Şoyqu Ermənistanı Rusiya sərmayəsi yatırılmış müəssisələri ələ keçirməkdə ittiham edib
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”