rbc
“Ukraynada Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən Britaniya hərbi obyekti qanuni hədəfdir”.
Bunu sentyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya XİN Böyük Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırmasına da etiraz edib. Bununla əlaqədar Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.
Moskva Londonu gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb və “özünümüdafiə hüququ” çərçivəsində cavab tədbirləri görə biləcəyini bildirib. Rusiya tərəfi vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyətin Londonun üzərinə düşəcəyini bəyan edib.
Sentyabrın 17-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski də Britaniyanın Ukraynaya PUA tədarükünü Moskvanın “müharibədə birbaşa iştirak” kimi qiymətləndirə biləcəyini söyləyib.
Böyük Britaniya Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Kiyevə hərbi dəstək verən ölkələrdəndir. London bu yardımı Ukraynanın özünü müdafiəsi üçün zəruri sayır və dəstəyi davam etdirəcəyini bildirir.
Moskva bundan əvvəl də Britaniyaya oxşar hədələr ünvanlayıb. Zaxarova avqustun 27-də Britaniya silahları ilə Rusiya ərazisinə endirilən zərbələrə cavab olaraq Ukraynada və onun hüdudlarından kənarda Britaniya hərbi obyektlərinin hədəfə alına biləcəyini söyləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb
sosial media
Şoyqu Ermənistanı Rusiya sərmayəsi yatırılmış müəssisələri ələ keçirməkdə ittiham edib
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”