Siyasət

Taleh Bağırzadənin övladlarına bəraət verilməsi barədə vəsatət rədd edilib

17 Sentyabr, 2026
32

sosial media

Sentyabrın 17-də Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin yeniyetmə övladlarının şi üzrə növbəti baxış iclası keçirilib. 

Bu barədə inanclı məhsbus Ağaəli Yahyayevin bacısı Elnarə Eldar məlumat yayıb.

Məlumata görə, vəkil Zibeydə Sadıqova iclasın keçirilməməsi və yeniyetmələrə bəraət verilməsi barədə vəsatətlər qaldırıb.

E.Eldar vurğulayıb ki, vəkil prosesdə qarşı tərəflə danışıqlar aparılmasını təklif edib, daha əvvəl bu istiqamətdə bir neçə cəhdin nəticəsiz qaldığını deyib. Müdafiə tərəfi hadisə zamanı Bağırzadə qardaşlarının zorakılığa məruz qaldığını və mübahisəyə təhrik olunduğunu iddia edib.

Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.
Növbəti məhkəmə iclası sentyabrın 29-u saat 11:00-a təyin edilib.

Qardaşlar təhsil aldıqları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında baş verən dava ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunublar.

Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Məhəmmədhüseyn Bağırzadə isə yalnız 221.2.1-ci maddə ilə təqsirləndirilir.

Yeniyetmələrin qanuni nümayəndəsi olan anaları Leyla İsmayılzadə cinayət işini “təxribat” adlandırıb və oğlanlarının mübahisə zamanı yalnız özünü müdafiə etdiyini bildirib.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında, ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və digər ağır cinayətlərdə ittiham olunsa da, özünü təqsirli bilmir və sifarişlə həbs edildiyini bildirir.
2025-ci ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsi Taleh Bağırzadənin hüquqlarının pozulduğuna dair qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti ona 10 min avro təzminat ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ali Məhkəmə iki dəqiqədən az çəkən prosesdə Samir Aşurovun şikayətini rədd edib

17 Sentyabr 2026

sosial mənbə

Sentyabrın 17-də Ali Məhkəmədə həbsdə olan siyasi fəal Samir Aşurovun kassasiya şikayətinə baxılıb.  Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"yə verdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması xahişini təmin etməməsi ilə bağlı olub.  Hakim Vidadi Cəfərovun sədrlik etdiyi prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  "Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses 2 dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi", - Z.Əhmədov qeyd edib.  2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib. 2023-cü il dekabrın...
Siyasət

AXCP: "Hökumət mediası yalandan Əli Kərimlinin şahid kimi dindirildiyini deyir"

17 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin barəsində hökumətyönlü mətbuatda gedən iddialara cavab verib.  Mətbuatda dərc olunan xəbərlərdə bildirilirdi ki, sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin ittiham olunduğu iş məhkəməyə göndərilib və həmin iş üzrə bir sıra siyasi fiqurlar, o cümlədən Ə.Kərimli istintaq tərəfindən şahid kimi dindirilib.  AXCP isə sentyabrın 17-də verdiyi bəyanatda bildirib ki, sədr istintaqa heç bir ifadə verməyib.  "Bu xəbər tamamilə yalandır. Əli Kərimli ilk gündən istintaqa heç bir ifadə verməyəcəyini bildirib və indiyə kimi bu mövqeyində qalır. O, vəkilləri vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onu Əliyevlər hakimiyyətinin ən önəmli fiqurlarından olan...

Seçilmiş Videolar

Toplum TV loqo