sosial media
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığı barədə məlumat yayıb.
Sentyabrın 18-də yayılan məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib”.
DTX bildirir ki, onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.
Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər".
DTX vurğulayır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş ölkə ərazisində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanıb.
Bu şəxslər terroru maliyyələşdirmə, cinayətkar qrup yaratma, həmçinin dövlət və ya ictimai xadimə sui-qəsdə hazırlıq kimi maddələrlə ittiham olunurlar. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
DTX əməliyyatların keçirildiyi beş ölkənin və sui-qəsdin hədəfi olduğu bildirilən ictimai və dini xadimlərin adlarını açıqlamayıb. Saxlanılan şəxslərin və müdafiəçilərinin ittihamlara münasibəti barədə məlumat verilməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”