Dünya

Ərdoğan idman lasini geyinən valini vəzifəsindən azad edib 

24 İyul, 2026
19

Açıq mənbə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ardahan vilayətinin valisi Mehmet Fatih Çiçəklini vəzifəsindən azad edib. 

Sərəncamda səbəb göstərilməsə də, bu, valinin idman lasini geyinməyə görə tənqid olunmasından sonra baş verib. 

Çiçəkli iyulun 11-də Ardahan Velosiped Festivalına iştirakçı kimi qoşulub. Festivaldan görüntüləri sosial mediada paylaşıldıqdan sonra həm müxalif, həm iqtidaryönlü siyasətçilər tərəfindən ona qarşı tənqidlər səsləndirilib. 

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının deputatı İnan Akgün Alp parlamentdə çıxış edərək idman lasini geyinməyi valiyə yaraşdırmadığını deyib. 

“İdman lasini geyinib şəhərdə gəzir, bütün günü velosiped sürür. Önündə mühafizəçilər gedir, özü isə axşama qədər lasinlə velosiped sürür. Vali şəhərin mərkəzində bu cür gəzə bilməz", - o qeyd edib. 

İqtidarda olan Ədalət və İnkişaf Partiyasından keçmiş deputat Şamil Təyyar isə "X" səhifəsində idman lasini geyinməyin, xüsusilə, Ardahan kimi mühafizəkar bölgədə "mədəni normalara qarşı" olduğunu yazıb. 

Çiçəkli isə vəzifədən azad olunandan sonra qərara etiraz etməsə də, sadəcə idman paltarı geyindiyini deyərək özünü müdafiə edib. 

"Mən idmanın müxtəlif növləri ilə demək olar ki, peşəkar səviyyədə məşğul olan biriyəm. Yelkən və avarçəkmə ilə məşğulam. Velosiped idmançısıyam. Üzərimdəki geyim də səhərlər idman edərkən istifadə etdiyim idman geyimidir. Adi iş günlərində, həftə ərzində onsuz da bu geyimlə gəzməyimiz mümkün deyil və gəzmərik", - o, mətbuata deyib. 

Vəzifədən azad olunandan sonra Çiçəklinin vəzifəsinə qaytarılması üçün sosial mediada kampaniya başlayıb. 10 mindən çox insan bu məqsədlə petisiya imzalayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etdi

24 İyul 2026

X / EU Council

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. İyulun 23-də təsdiqlənən yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb. Bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır. Maliyyə sektorunda 94 bank və iri maliyyə qurumunun aktivləri dondurulub. Daha 33 Rusiya bankına qarşı maliyyə əməliyyatlarına qadağa qoyulub. Bir neçə ölkədə fəaliyyət göstərən kriptovalyuta platformaları da sanksiyalara məruz qalıb. Neft sektorunda 18 şirkət və bir fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Sanksiya siyahısına Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu, Belarusun iri neft emalı...
Dünya

İrlandiya Ukraynanın hava hücumundan müdafiəsinə 25 milyon avro ayıracaq

23 İyul 2026

president.gov.ua

İrlandiya hökuməti Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün 25 milyon avro yardım ayıracaq. Bu barədə İrlandiyanın baş naziri Maykl Martin iyulun 23-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. “İrlandiya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə dəstək verməyə davam edəcək. Bu, ölkənin Rusiyanın dron hücumlarından qorunmasına kömək edəcək”, - M.Martin deyib. İrlandiya baş naziri Kiyevə səfərinə iyulun 23-də başlayıb. O, səfər çərçivəsində ilk növbədə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad edib. M.Martin səfərdən əvvəl bildirib ki, Kiyevə səfəri İrlandiyanın Avropa İttifaqına sədrliyinin ilk günlərinə təsadüf edir. Onun sözlərinə görə, səfərin məqsədi Aİ və İrlandiyanın Ukrayna hökuməti...

Seçilmiş Videolar

Toplum TV loqo