açıq mənbədən götürülüb
Mayın 8-də Ermənistan parlamentində müxalif “Ermənistan” blokundan olan deputatlar Baş nazir Nikol Paşinyan barəsində tədbir görülməsi üçün baş prokurora müraciət ediblər.
Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti xəbər verib.
Buna səbəb bir gün öncə Paşinyanın parlamentdə əsəbiləşərək müxalif deputatları həbslə hədələməsi olub.
Deputatlar Paşinyanın hədələrini qanunsuz adlandırıblar və mayın 8-də parlamentə illik hesabatını təqdim edən Baş prokuror Anna Vardapetyandan ona qarşı tədbir görməsini istəyiblər.
Əvvəllər Paşinyanın hüquqi məsələlər üzrə müşaviri işləmiş Vardapetyan isə “siyasi bəyanatlar vermədiyini” deməklə kifayətlənib.
“Hayastan” blokundan Artsvik Minasyan isə Baş prokurorun mövqeyini pisləyib və Paşinyan haqqında “hüquqi ölçü” götürülməli olduğunu bildirib.
Digər millət vəkili Aqvan Vartanyan isə Vardapetyana deyib ki, “sən indi baş nazirin köməkçisi deyilsən, baş prokurorsan”.
Paşinyanın şəxsən hədələdiyi millət vəkili Anna Qriqoryan isə hüquq-mühafizə orqanlarına rəsmi şikayətin veriləcəyini istisna etməyib.
"Əgər biz normal bir ölkə olsaydıq, Paşinyan üzr istəməli olardı. Amma biz hansı ölkədə yaşadığımızı başa düşürük. Əgər parlamentin spikeri bir hökumət əleyhdarına tüpürə bilirsə, Baş nazir də mənim təkrarlamaq belə istəmədiyim lüğətdən asanlıqla istifadə edə bilər", - o müxbirlərə deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AP
AP