Dünya

Gürcüstanda etiraz edən rusa 8 il yarım hökm oxunub

2 Sentyabr, 2025
141

Foto: Publika

Gürcüstanda hökumət əleyhinə etirazlarda iştirak edən Rusiya vətəndaşına 8,5 il həbs cəzası verilib. 

Anton Çeçin adlı 26 yaşlı etirazçı ötən ilin dekabrında Tbilisidə hökumət əleyhinə etirazlar zamanı saxlanılıb. Ona qarşı narkotik maddələrin daşınması ittihamı irəli sürülüb. 

Etirazlarda aktiv iştirak edən Çeçin narkotik maddənin polis tərəfindən üzərinə qoyulduğunu deyib və həb­sini siyasi təzyiq kimi qiymətləndirib. 

Sentyabrın 2-də oxunan hökm məhkəmə binasında Çeçinin dəstəkçilərinin etirazına və gərginliyə səbəb olub. Onlar binadan polis tərəfindən zorakılıqla çıxarılıblar. 

Hazırda Gürcüstanda etirazlarda iştirak etmiş 6 nəfər narkotik maddələrlə əlaqədar ittihamla həbsdədir. 

Rusiyanın Ukraynaya qarşı işğalını tənqid edən Çeçin 2022-ci ildə siyasi təqiblərdən yaxa qurtarmaq üçün ölkəsini tərk edib və Gürcüstana gəlib. O, burada ukraynalı qaçqınlara yardım edən qeyri-hökumət təşkilatı ilə işləyib. 

Gürcüstanda 2024-cü ilin noyabrında parlamentin buraxılması və Avropa İttifaqına inteqrasiya prosesinin bərpa edilməsi tələbilə etiraz aksiyaları başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Əliyev, Paşinyan və Putini də Qəzza Sülh Şurasına dəvət edib 

21 Yanvar 2026

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putini də Qəzza üçün yaradılan Sülh Şurasına dəvət edib.  Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfi dəvəti qəbul edib.  Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da deyib ki, baş nazir dəvəti qəbul edib və Ermənistanın "sülhün təşviqinə sadiqliyini təsdiqləyib". Putinin dəvət olunması xəbərini isə ilk olaraq onun mətbuat katibi Dmitri Peskov açıqlayıb. Tramp da yanvarın 19-da jurnalistlərə xəbəri təsdiqləyib.  Peskov bildirib ki, Putin dəvəti nəzərdən keçirir.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, Tramp administrasiyasının...
Dünya

"Reuters": Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək

20 Yanvar 2026

Foto: Reuters

Rusiyanın federal büdcəsinə neft və qaz satışından gələn gəlirlərin ötən ilin yanvar ayı ilə müqayisədə bu ay 46% azalacağı gözlənilir.  Bunu yanvarın 19-da "Reuters"in hesablamaları göstərib.  Gəlirlərin bu ay təxminən 420 milyard rubl (5,41 milyard ABŞ dolları) səviyyəsinə düşəcəyi ehtimal olunur ki, bu da COVID pandemiyasının qlobal yanacaq tələbatını iflic etdiyi 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Bu il federal büdcəyə neft və qaz satışlarından təxminən 9 trilyon rubl toplanması nəzərdə tutulur. 2026-cı ilin ümumi büdcə gəlirlərinin isə 40,283 trilyon rubl səviyyəsində olacağı proqnozlaşdırılır. Neft və qaz gəlirləri Kremlin Ukraynadakı müharibəsini maliyyələşdirməsində vacib rol oynayır. Rusiya iqtisadiyyatı 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo