Dünya

Hindistan Pakistana raket zərbələri endirib, itkilər var

7 May, 2025
26

AP

Hindistan ordusu Pakistanda, eləcə də Kəşmirin Pakistan hissəsində "terrorçu" infrastruktura qarşı hərbi əməliyyatlara başladıqlarını açıqlayıb.

Mayın 7-də Hindistan “Sindur Əməliyyatı” çərçivəsində həmin ərazilərə doqquz raket zərbəsi endirib. 

Pakistan tərəfi Hindistanın bu hücumlarını “müharibə aktı” adlandıraraq, Hindistanən beş hərbi təyyarəsinin vurulduğunu və bir neçə hərbi obyektin məhv edildiyini iddia edir.

Hindistan isə bu iddiaları təkzib edir.

Hər iki tərəf arasında baş verən qarşılıqlı atışmalar nəticəsində onlarla insan həyatını itirib, çox sayda insan yaralanıb. Mülki əhali arasında da itkilər qeydə alınıb.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa çağırır.

Aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Baysaran vadisində bir qrup yaraqlının turistlərə hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik kəskin şəkildə artıb. 

Hindistan rəsmilərinin terror aktı kimi qiymətləndirdiyi hücumda 26 nəfər – Hindistanın müxtəlif yerlərindən gələn ziyarətçi və bir Nepallı həlak olub. Hücuma görə məsuliyyəti az tanınan separatçı qrup Müqavimət Cəbhəsi öz üzərinə götürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İmamoğlunun “X” hesabına Türkiyədən giriş bloklanıb

8 May 2025

Reuters

Həbsdə olan İstanbul meri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun “X” hesabına Türkiyədən giriş məhdudlaşdırılıb.  Mayın 8-dən etibarən İmamoğlunun 9 milyondan çox izləyicisi olan hesabına Türkiyədən daxil olmaq istəyən “X” istifadəçiləri məhkəmə qərarı əsasında hesaba girişin bloklandığı haqda bildirişlə qarşılaşıblar.  Türkiyənin “Milliyət” qəzetinin məlumatına görə, İmamoğlunun hesabına girişin məhdudlaşdırılması haqda yerli məhkəmənin qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu vasitəsilə “X” şirkətinə çatdırılıb və şirkət müvafiq addımı atıb.  Türkiyənin Kommunikasiya Nazirliyi bildirib ki, qərara səbəb İmamoğlunun “X” hesabında aprelin 24-də etdiyi bir paylaşımın “açıq şəkildə cinayətə təhrik etmə” kimi qiymətləndirilməsi olub və İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. ...
Dünya

Kim Çen İn mərmi istehsalının artırılmasına çağırıb

7 May 2025

açıq mənbədən götürülüb

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin silah sənayesində artilleriya mərmilərinin istehsalının artırılmasına çağırıb.  Bu barədə mayın 7-də bu ölkənin dövlət mediası xəbər verib.  Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Kim Çen döyüş sursatları və maşınqayırma fabriklərinə səfəri zamanı “fabriklərin modernləşmə səylərini” tərifləyib və deyib ki, bu, illik mərmi istehsalı gücünü ikiqat artırmağa imkan verir.  Agentlik əlavə edib ki, ölkə başçısı fabrik işçilərini artilleriya mərmisi istehsalını daha da sürətləndirməyə çağırıb, bunu silahlı qüvvələrin "döyüş səmərəliliyini gücləndirmək" üçün vacib hesab edib və həmçinin istehsalı artırmaq üçün daha təkmilləşdirilmiş texnikanın inkişafına çağırıb. Cənubi Koreya kəşfiyyatı bu yaxınlarda bildirmişdi ki, Şimali Koreyadan 15000...

Seçilmiş Videolar

Toplum TV loqo