açıq mənbədən götürülüb
Şimali Koreya lideri Kim Çen İn ölkəsinin silah sənayesində artilleriya mərmilərinin istehsalının artırılmasına çağırıb.
Bu barədə mayın 7-də bu ölkənin dövlət mediası xəbər verib.
Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Kim Çen döyüş sursatları və maşınqayırma fabriklərinə səfəri zamanı “fabriklərin modernləşmə səylərini” tərifləyib və deyib ki, bu, illik mərmi istehsalı gücünü ikiqat artırmağa imkan verir.
Agentlik əlavə edib ki, ölkə başçısı fabrik işçilərini artilleriya mərmisi istehsalını daha da sürətləndirməyə çağırıb, bunu silahlı qüvvələrin "döyüş səmərəliliyini gücləndirmək" üçün vacib hesab edib və həmçinin istehsalı artırmaq üçün daha təkmilləşdirilmiş texnikanın inkişafına çağırıb.
Cənubi Koreya kəşfiyyatı bu yaxınlarda bildirmişdi ki, Şimali Koreyadan 15000 əsgər Rusiya üçün Ukraynada döyüşməyə göndərilib və onların beş mini həlak olub və ya yaralanıb.
ABŞ da Şimali Koreyanı, Rusiyanı hərbi texnika ilə təmin etməkdə günahlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
AP