Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 Avqust, 2026
77

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub.

Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb.

Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub.

Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2 nəfəri isə “Qadın, Həyat, Azadlıq” hərəkatı ilə əlaqədar), qadağan olunmuş müxalif qruplarla əlaqədə ittiham edilən 13 siyasi məhbus və casusluq ittihamı ilə mühakimə olunan 12 nəfər də yer alır.

Təşkilat bildirir ki, hazırda İranda yüzlərlə etirazçı, o cümlədən təkcə İsfahan şəhərində 70-dən çox şəxs ölüm hökmü ilə üz-üzədir.

Təşkilatın direktoru Mahmud Əmiri-Moqəddəm bildirib ki, İran, ABŞ və İsrail arasındakı gərginlikdən ölüm hökmlərinin “milli təhlükəsizlik” adı altında daha da artırılması üçün istifadə oluna bilər.

“Biz dərin narahatlıq keçiririk ki, davam edən hərbi münaqişə İranın edamları artırmasına bəhanə olacaq. Beynəlxalq ictimaiyyət İranın ölüm cəzasından istifadəsinə qarşı daha güclü və koordinasiyalı təzyiq göstərməlidir”, - o deyib.

Hesabata görə, 2026-cı ilin 1 yanvar-31 iyul tarixləri arasında qeydə alınan 444 edamdan yalnız 67-si, yəni təxminən 15 faizi rəsmi qurumlar tərəfindən açıqlanıb. Qalan 377 edam isə IHRNGO tərəfindən iki müstəqil mənbə əsasında təsdiqlənib.

Təşkilat 400-dən çox digər edamlar barədə məlumat aldığını, lakin kifayət qədər sübut olmadığı üçün onları statistikaya daxil etmədiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo