Dünya

İmamoğluna 8 il 9 aya qədər həbs cəzası tələb olunur 

4 İyul, 2025
143

Foto: Anadolu Ajansı

Həbsdə olan İstanbul meri, müxalif Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Əkrəm İmamoğluna qarşı ittiham aktı hazırlanıb. 

Türkiyə mətbuatı bildirir ki, prokurorluq İmamoğlu barəsində “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə ona 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası və siyasi fəaliyyət qadağası tələb edib.

İstanbul Universiteti martın 20-də İmamoğlunun diplomunu ləğv etmişdi.

İmamoğlu isə diplomun saxta olması iddiasını rədd etmişdi. 

“Bu qərarı verənlərin tarix və ədalət qarşısında hesab verəcəyi günlər yaxındadır. Ədalətə, hüquqa və demokratiyaya susamış millətimizin yürüşü dayandırıla bilməz”, - o daha öncə qeyd edib. 

Türkiyədə prezidentliyə namizədlərdən ali təhsilə sahib olmaq tələb olunur. 

Tənqidçilər bu qərarın İmamoğlunu prezidentlik yarışından məhrum etmək üçün verildiyinə inanırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

OCCRP: "Müharibədən qaçan ukraynalı kimsəsiz uşaqlar Türkiyədə şiddətə məruz qalıb"

4 Dekabr 2025

foto: Slidstvo.Info

Rusiyanın Ukraynada apardığı müharibədən qaçaraq Türkiyədə hotelə sığınan kimsəsiz uşaqların zorakılığa, təhqirə və baxımsızlığa məruz qaldığı bildirilir.  Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dekabrın 3-də dərc etdiyi araşdırmada qeyd olunub. Araşdırma 7 uşaqla konfidensial müsahibələr və Ukrayna Ombudsmanının hesabatı əsasında hazırlanıb.  Araşdırmaya əsasən, 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan sonra Dnepr şəhərindəki internat məktəbinin şagirdləri baxıcıları ilə birlikdə Antalyadakı bir hotelə aparılıblar. Evakuasiya Ukrayna hökuməti tərəfindən deyil, yerli iş adamı və milyonçu Ruslan Şostak tərəfindən, onun yaratdığı “Ruslan Şostak Fondu” vasitəsilə təşkil olunub. “Müharibəsiz Uşaqlıq” adlı layihə çərçivəsində ümumilikdə 3500 uşaq və baxıcı Türkiyənin Antalya bölgəsindəki...
Dünya

Putin: "Rusiya Avropa ilə müharibəyə hazırdır"

3 Dekabr 2025

Foto: açıq mənbədən götürülüb

Rusiya və ABŞ Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb.  Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə bildirib.  Dekabrın 2-də Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner arasında görüş 5 saatdan çox çəkib.  “Tərəflər Ukraynada böhranı həll etməyə nə daha yaxın, nə də daha uzaqdırlar. Görülməli çox iş var", - Uşakov deyib.  Buna baxmayaraq, Uşakov görüşü “son dərəcə faydalı, konstruktiv və informativ” adlandırıb.  “Biz konkret ABŞ təkliflərini müzakirə etmədik, lakin bu ABŞ sənədlərinə daxil edilənlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərlə razılaşa bilərdik və prezident, həmçinin, bir sıra təkliflərə qarşı tənqidi və hətta...

Seçilmiş Videolar

Toplum TV loqo