Dünya

Rusiyanın Azərbaycandakı səfirliyi: “Mülki geyimli şəxslər rus vətəndaşlara fiziki zorakılıq tətbiq edib” 

3 İyul, 2025
436

Foto: APA

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda rus vətəndaşlarına fiziki zorakılıq göstərildiyi haqda bəyanat yayıb. 

İyulun 2-də yayımlanan bəyanatda deyilir ki, səfirlik son sutka ərzində Azərbaycanda olan, habelə turizm məqsədilə səfər edən Rusiya vətəndaşlarından çoxsaylı müraciətlər alıb. 

“Müraciətçilərin sözlərinə görə, yaşadıqları ünvanlara mülki geyimli şəxslər (bəzi hallarda özlərini polis əməkdaşı kimi təqdim ediblər) gəlib və onların ölkədə qalma məqsədini sorğu-sual edərək sənədlərini yoxlayıblar. Bəzilərinin görə, onlara və ailə üzvlərinə fiziki zorakılıq tətbiq olunub”, - bəyanatda qeyd olunur. 

Səfirlik, həmçinin, bildirib ki, ötən günlərdə həbs olunan iki nəfər “Sputnik Azərbaycan” əməkdaşı və narkotik vasitələrin dövriyyəsi və kiberdələduzluq maddələrilə həbs olunan 8 nəfər rus vətəndaşına konsulluq girişi təmin olunması üçün Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim olunub, lakin hələ ki cavab verilməyib. 

Azərbaycanla Rusiya arasında iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik qızışmağa davam edir. 

Ötən müddətdə ölkələr bir-birinin səfirlərini çağırıb nota veriblər. Azərbaycanda “Sputnik” saytının əməkdaşlarına cinayət işi açılıb, 2-si həbs olunub.

Həm Azərbaycanda, həm Rusiyada zorakı həbslər davam edib. 

Azərbaycanda iyulun 1-də 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti və dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İran Hörmüz boğazını açıb

17 Aprel 2026

Açıq mənbə

İran atəşkəs dövrünün sonuna qədər Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açdığını bəyan edib. Bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçi məlumat verib. Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Araqçinin sözlərinə görə, gəmilər bundan əvvəl İranın Limanlar və Dənizçilik Təşkilatının açıqladığı razılaşdırılmış marşrut üzrə hərəkət edə bilərlər. İran fevralın 28-də ABŞ və İsrailin hücumundan sonra boğazı bağlamışdı. ABŞ prezidenti Donald Tramp qərara münasibət bildirərək özünün “Truth Social” hesabında İrana təşəkkür edib. Bununla belə, o qeyd edib ki, İranla bağlı məsələlərə görə dəniz blokadası qüvvədə qalacaq və yalnız İranla aparılan əməliyyatlar tam başa çatdıqdan sonra ləğv olunacaq. Tramp...
Dünya

Tramp İsrail və Livan arasında 10 günlük atəşkəs elan edib

17 Aprel 2026

Getty Images/Andrew Harnik

ABŞ prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O, özünün “Truth Social” hesabında yazıb ki, Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra tərəflər rəsmi atəşkəs elan etməyə razılaşıblar. Atəşkəs rejiminin aprelin 17-nə keçən gecə qüvvəyə mindiyi bildirilir. ABŞ prezidenti həmçinin hər iki ölkənin liderini Vaşinqtona danışıqlara dəvət etdiyini qeyd edib. İsrail mediasının məlumatına görə, hökumətin bəzi nazirləri Netanyahudan Livanla atəşkəs məsələsini səsverməyə çıxarmağı tələb etsələr də, baş nazir bunun baş tutmayacağını deyib. Netanyahu İsrail qüvvələrinin atəşkəs günlərində strateji mövqelərdə qalacağını bildirib və məsələ ilə bağlı əlavə müzakirələr...

Seçilmiş Videolar

Toplum TV loqo