Manşet

“Meydan TV”-nin qadın jurnalistləri “Abzas”çılara dəstək üçün aclıq aksiyasına başlayıb 

4 İyul, 2025
321

Foto: Meydan TV

“Meydan TV”-nin həbsdə olan jurnalistləri Aynur Elgünəş (Qəmbərova), Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Aysel Umudova və Fatimə Mövlamlının aclıq aksiyasına başladığı bildirilir. 

Bu barədə “Meydan TV”nin əməkdaşı Orxan Məmməd “Facebook”da məlumat yayıb. 

O bildirib ki, jurnalistlər artıq bir neçə gündür aclıq edən “Abzas Media” əməkdaşlarına dəstək məqsədilə aclığa başlayıblar. 

Daha öncə “Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova həbsdə olan direktor Ülvi Həsənlinin aclıq aksiyasına qoşulublar. 

Həsənli isə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi.

O, həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam etdirəcəyini bəyan edib. Bundan əlavə, Həsənli, haqqındakı məhkəmə hökmü qanuni qüvvəyə minməmiş Bakı İstintaq Təcridxanasından Umbakı təcridxanasına köçürülməsinə etiraz edir. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Azərbaycanda Repressiyaya Son Kampaniyası AŞPA-nı hərəkətə keçməyə çağırır

22 Yanvar 2026

Foto: açıq mənbə

Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa Şurası Parlamentlər Assambleyasına (AŞPA) çağırış edib.  Hərəkat AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına "xüsusi diqqət yetirməyə çağırıb".  Əlavə edilib ki, Avropa Şurasında "liderliyin çatışmaması fonunda" Azərbaycanla bağlı hərəkətə keçmək məsuliyyəti AŞPA-nın üzərinə düşür. Çağırışda qeyd olunur ki, AŞPA Nazirlər Komitəsi ilə əlaqələndirilmiş cavab mexanizmini işə salmaq üçün Birgə Tamamlayıcı Prosedurdan istifadə etməlidir: "Bu, əməkdaşlıq, azadlığa buraxılmalar və struktur islahatları üzrə aydın meyarları və vaxt baxımından gözləntiləri əhatə etməlidir."  Bundan əlavə, hərəkat bildirir ki, mütəmadi ictimai hesabatlılıq və aydın icra mexanizmini nəzərdə tutan mandatla xüsusi məruzəçilik institutunun yaradılması yolu ilə davamlı nəzarət gücləndirilməlidir. "Azərbaycanın Avropa Şurasının üzv...
Manşet

Futbol hakiminin ədalətsizliyinə etiraz edən Əliyev öz ölkəsində ədaləti niyə təmin etmir?

22 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Azərbaycanın “Qarabağ” futbol komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası üzərində 3–2 hesablı qələbə qazanaraq Çempionlar Liqasında 10 xalla 18-ci sıraya yüksəlib. “Qarabağ”ın qələbəsinə dövlət başçısı İlham Əliyev də münasibət bildirib. O, təbrik mesajında oyunun baş hakimini tənqid edib: “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!” Ölkə rəhbərinin “Qarabağ” klubunun hüquqlarını müdafiə etməyə çalışması, şübhəsiz ki, müsbət haldır....

Seçilmiş Videolar

Toplum TV loqo