Siyasət

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

4 İyul, 2025
83

Foto: APA

Moskva vilayəti Azərbaycanlıları Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığı ləğv olunub.

O, APA-ya məlumatı təsdiqləyib.

Məlumata görə, vətəndaşlıqdan məhrumetmə “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə” baş verib.

E.İbrahimov bildirib ki, bir neçə gündən sonra Azərbaycana qayıdandan sonra bu barədə açıqlama verəcək.

Elşən İbrahimov vətəndaşlığının ləğvinin səbəbini bir neçə gün sonra Azərbaycana qayıdanda açıqlayacağını bildirib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər Yekaterinburqda polisin bir neçə etnik azərbaycanlının həbsi və illər əvvəl törədilmiş qətl ittihamı ilə nəticələnən reydindən sonra kəskin şəkildə pisləşib.

Gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşları zorakılıqla həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur 

11 İyul 2025

Foto: BBC

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistana “Zəngəzur dəhlizi”ni açdırmaq istəməsi xəbərinə münasibət bildirib.  Ermənistanın “Armenpress” xəbər agentliyinin yazılı sorğusuna cavab verən Dövlət Departamenti sözçüsü Temmi Brus bildirib ki, onlarda bu haqda informasiya yoxdur.  “Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”, - o əlavə edib.  Brus iyulun 10-da baş tutan brifinqdə də jurnalistin sualına cavab olaraq bu fikri səsləndirib.  “Biz, həmçinin, istinad edilən mətbuat xəbərlərini izləyirik və paylaşmaq üçün əlavə məlumatımız yoxdur. Ancaq bildiyiniz kimi, düşünürəm ki, Tramp administrasiyası və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir və onun kabinet iclasında söylədiyi fikirlər...
Siyasət

Tramp ABŞ-nin NATO vasitəsilə Ukraynaya silah göndərəcəyini deyir 

11 İyul 2025

Foto: Reuters

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarük edəcəyini bildirib.  Tramp iyulun 10-da “NBC” telekanalına deyib ki, silahlar NATO vasitəsilə göndəriləcək və buna görə də, NATO ABŞ-yə silahlar üçün ödəniş edəcək.  O, həmçinin, gələn bazar ertəsi Rusiya ilə bağlı “böyük bir anons” verəcəyini deyib, lakin detallarını açıqlamayıb.  Reallaşacağı təqdirdə, bu, Trampın yanvarda vəzifəsinə başladıqdan bəri ilk dəfə prezident səlahiyyətlərindən istifadə edərək Ukraynaya silah göndərməsi olacaq. İndiyə qədər isə, ABŞ yalnız əvvəlki prezident Co Baydenin ayırdığı silahların göndərilməsini təmin edib.  Tramp administrasiyasındakı mənbələrin “NBC”-yə verdiyi məlumata görə, ABŞ Ukraynaya göndəriləcək silahları öz ehtiyatlarından təmin edəcək. Bu proses prezidentə fövqəladə vəziyyətlərdə müttəfiqlərə...

Seçilmiş Videolar

Toplum TV loqo