Manşet

“Sputnik”in azərbaycanlı əməkdaşları sərbəst buraxılıb

4 İyul, 2025
213

Foto: APA

“Sputnik Azərbaycan” saytının azərbaycanlı əməkdaşları haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

“Report”un xəbərinə görə, sözügedən şəxslər “Sputnik Azərbaycan” haqqında açılmış cinayət işinə əsasən istintaqa cəlb olunub, ifadələri alınıb və sərbəst buraxılıblar. 

Saytın rusiyalı əməkdaşları - direktor İqor Kartavıx və jurnalist Yevgeni Belusov haqqında isə həbs qətimkan tədbiri seçilib. 

Onların Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. 

Hökumətyönlü media bildirir ki, cinayət işinin açılmasına səbəb fevralda Azərbaycan Xarici İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ləğv edildiyini və yalnız bir müxbirin akkreditasiya olacağını deməsinə baxmayaraq, saytın fəaliyyətə davam etməsi olub. 

Lakin bu, son günlərdə Azərbaycan və Rusiya arasında gərginliyin yenidən alovlandığıl dövrə təsadüf edir. 

İyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşları zorakılıqla həbs edilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Akif Qurbanov: "Hakimiyyətin propaqanda maşınının təqdim etdiyi sübutu təkcə mənim 2 sənədim darmadağın edir" 

16 Yanvar 2026

Foto: VOA

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov gəlirlərini ictimaiyyətə açıqlayıb.  A.Qurbanov bildirib ki, istintaq orqanının iş üzrə təqsirləndirilən 9 nəfərin adına təqdim etdiyi gəlir 1,038,618 manat olsa da, onun əldə etdiyi rəsmi sənədlər bu iddianı alt-üst edir.  A.Qurbanov özünün və həyat yoldaşının əmək haqları barədə arayışları və bank çıxarışları ilə göstərib ki, onun həbs olunduğu 2024-cü il 6 mart tarixinə qədər gəliri 729,026 ABŞ dolları, milli valyuta ilə 1,239,344 manat təşkil edib.  "Yəni bu, hakimiyyətin 9 nəfərimiz adına göstərdiyindən də düz 200,726 azn artıqdır. Hələ mən digər dostların rəsmi gəlirlərini...
Manşet

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib

16 Yanvar 2026

Foto: açıq mənbə

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib. Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır. Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər. Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (8), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (45), milli azlıqların fəalları (5), müharibə əleyhinə...

Seçilmiş Videolar

Toplum TV loqo