Dünya

İran ABŞ ilə danışıqlarda iştirak etmək istəmir, Hörmüz yenidən bağlanıb

20 aprel, 2026
126

Açıq mənbə

İranın aprelin 20-də Pakistanda baş tutacağı gözlənilən ABŞ ilə danışıqlarda iştirak etməyəcəyi bildirilir. 

Bu barədə aprelin 19-da İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb. 

"ABŞ-nin həddini aşan tələbləri, əsassız və qeyri-real gözləntiləri, mövqelərini tez-tez dəyişməsi, davamlı ziddiyyətləri, eləcə də atəşkəs razılaşmasını pozan və təhdidedici ritorika ilə müşayiət olunan qondarma dəniz blokadası indiyədək danışıqlarda irəliləyişi əngəlləyib. Mövcud şərtlər altında danışıqlar üçün perspektiv ümid vermir", - açıqlamada deyilir. 

ABŞ prezidenti Donald Tramp isə danışıqlar üçün nümayəndə heyətinin İslamabada getməsinə qərar verdiyini açıqlayıb. O, "Truth Social" platformasındakı paylaşımında İranın onun tələblərini qəbul etməyəcəyi halda, bu ölkəyə məxsus enerji stansiyaları və başqa mülki infrastruktur obyektlərinin partladılacağını yazıb. 

Ötən həftə İslamabadda keçirilən və 21 saat davam edən danışıqlarda tərəflər razılığa gələ bilməmişdi. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında əldə olunan atəşkəsin bitməsinə isə bir neçə gün qalıb. 

Atəşkəs çərçivəsində İranın daha əvvəl münaqişənin gedişində bağladığı Hörmüz boğazını açması nəzərdə tutulsa da, İran İsrailin Livana hücumlarının davam etdiyini əsas gətirərək bundan imtina etmişdi. 

İsrail və Livan arasında atəşkəs bərpa olunduqdan sonra aprelin 17-də İran Hörmüzün açıldığını elan etsə də, bir gün keçməmiş yenidən bağlandığını bildirib. Buna səbəb isə Trampın İran limanlarına tətbiq etdiyi blokadanı qüvvədə saxlaması olub. 

Tramp aprelin 19-da ABŞ blokadasını yarmağa çalışan bir İran gəmisinin ələ keçirildiyini xəbər verib. İran isə gəminin ələ keçirildiyini təsdiqləməsə də, ABŞ-yə güc yolu ilə cavab veriləcəyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr 2026

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb.  Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar.  "NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir.  Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib.  Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin...
Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo