Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr, 2026
12

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb. 

Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar. 

"NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir. 

Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib. 

Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin artması onun partiyasının məğlubiyyətinə gətirib çıxarıb. 

Tramp isə sosial media hesabında üzərində "Veto" yazılmış şapka şəkli paylaşıb. O, bununla Demokratların irəli sürəcəyi qanun layihələrini veto edəcəyinə işarə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo