Siyasət

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan edib

4 noyabr, 2026
10

sosial media

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan edib və onların ölkəyə girişinə qadağa qoyub.

APA-nın məlumatına görə, qərar həmin şəxslərin media və sosial şəbəkələrdə Azərbaycanla bağlı çağırışlar səsləndirməsi iddiası ilə əlaqələndirilib.

“Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir”, - məlumnatda deyilir.

Məlumata əsasən, siyahıya İran parlamentinin bir sıra deputatları, din xadimləri, media nümayəndələri, siyasi şərhçilər və ekspertlər daxildir. Onların arasında “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari, deputatlar Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi də var.

Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının da “arzuolunmaz şəxslər” siyahısına daxil edildiyini açıqlamışdı. Nazirlik həmin şəxslərin sosial şəbəkələr və internet platformalarında Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi, konstitusiya quruluşu, xalqı və rəhbərliyi əleyhinə, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa və dini nifrətin qızışdırılmasına yönəlmiş açıqlamalar yaydığını iddia etmişdi.

Məlumat Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı qadağaların Türkiyədə müzakirə olunduğu və etirazlara səbəb olduğu dövrdə yayılmışdı.

Bundan əvvəl Baş Prokurorluq bir sıra Türkiyə vətəndaşının sosial şəbəkələrdə və Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiyini iddia edərək, onlar barəsində beynəlxalq axtarış elan olunduğunu bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: “Ülvi Həsənli cərimə kamerasına salınıb, təhdid edilir”

3 noyabr 2026

sosial media

“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı iddia olunur. Bu barədə Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında yazıb. Onun sözlərinə görə, noyabrın 3-ü Ü.Həsənli ilə telefon danışığı üçün nəzərdə tutulan gün olsa da, o, ailəsinə zəng etməyib. “Aldığım məlumata görə, Ülvini noyabrın 2-də karsa salıblar. Ülvini bir müddətdir “Abzas Media”da gedən yazılara görə 10 saylı CÇM rəhbərliyi təhdid edir. Emin Cəfərovun sifarişi ilə müavini Kamran Şahsuvarov dəfələrlə Ülvini təhdid edib və provokasiyaya çəkib”, - R.Quliyeva bildirib. R.Quliyevanın iddiasına görə, müəssisə rəhbərliyi barədə “Abzas Media”da dərc olunan yazılardan...
Siyasət

RSF İlham Əliyevi yenə “mətbuat azadlığının düşmənləri” siyahısına daxil edib

3 noyabr 2026

RSF

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) Azərbaycan prezidenti İlham Əliyevi və ABŞ prezidenti Donald Trampı 2026-cı il üzrə “mətbuat azadlığının düşmənləri” siyahısına daxil edib. Noyabrın 2-də - Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması günü yayımlanan siyahıda 33 şəxs və qurum yer alıb. RSF onların jurnalistləri və media qurumlarını hədəfə aldığını bildirir. Təşkilat Azərbaycanı dünya mətbuat azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə göstərib.  Əliyevi isə ölkəsində informasiyanı boğan liderlər sırasında göstərilir. RSF bildirir ki, Əliyevin hakimiyyəti dövründə Azərbaycanda hökuməti tənqid edən səslər susdurulub, müstəqil media qurumları bağlanıb və ya ölkəni tərk etməyə məcbur olub. RSF İlham Əliyevi 2003-cü ildən, prezident vəzifəsinə...

Seçilmiş Videolar

Toplum TV loqo