Foto: açıq mənbə
2023-cü ildə Nobel Sülh Mükafatını qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İranda saxlanıldığı bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıb.
Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani "X" səhifəsində bildirib ki, fəal Məşəd şəhərində keçirilən tədbirdə digər tanınmış fəal Sepide Qolyanla birlikdə saxlanılıb. Həmin tədbirdə iştirak edən Məhəmmədinin qardaşı da xəbəri təsdiqləyib.
İran hüquq-mühafizə orqanları isə 53 yaşlı Məhəmmədinin saxlanılması ilə bağlı dərhal açıqlama verməyib.
Bununla belə, tərəfdarları aylardır onun yenidən həbs edilmə riski altında olduğu barədə xəbərdarlıq edirdilər.
Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi.
O, İranda ölüm cəzasına və məcburi hicaba qarşı apardığı kampaniya ilə bağlı 2021-ci ilin noyabrından müxtəlif ittihamlarla həbsdə saxlanılırdı.
Tərəfdarlarının dediyinə görə, o, həbsdə olarkən bir neçə dəfə ürək tutması keçirmiş və 2022-ci ildə təcili əməliyyat olunmuşdu.
Məhəmmədinin cəzası üç həftəlik dayandırılmalı idi, lakin tərəfdarlarının və Qərb ölkələrinin təzyiqi ilə o, daha uzun müddət azadlıqda qalmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Ağ Ev
Foto: Reuters