Dünya

Kallas: “Aİ-də rusiyalılara viza məhdudiyyətləri təklifinə geniş dəstək var”

3 Sentyabr, 2026
27

sosial media

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti sərtləşdirməyi, Moskvaya təzyiqi və Ukraynaya dəstəyi artırmağı planlaşdırır.

Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sentyabrın 2-də İrlandiyada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

“Biz sanksiyalara əməl olunmasına nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni təkliflər üzərində işləyirik və yeni sanksiyalar tətbiq etməyə davam edirik. Avropanı qorxutmaq cəhdləri uğursuz olacaq”, - Kallas bildirib.

Onun sözlərinə görə, keçmiş rusiyalı döyüşçülərin Aİ-yə girişinin qadağan edilməsi və rusiyalı turistlərə tətbiq olunan viza məhdudiyyətlərinin sərtləşdirilməsi təklifi nazirlər arasında geniş dəstək qazanıb.

Görüşdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadə olunması məsələsi də müzakirəyə çıxarılıb. Kallas bu mövzuda müzakirələrin davam etdiriləcəyini deyib.

Aİ rəsmisi üzv dövlətlərin Ukraynaya əlavə yardım, o cümlədən hava hücumundan müdafiə vasitələri verməyə hazır olduqlarını da açıqlayıb.

Daha əvvəl yayılan məlumata görə, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Məhdudiyyətlər Rusiyada, ilhaq edilmiş Krımda və Şimali Koreyada fəaliyyət göstərən uşaq düşərgələrinə, həmçinin Rusiya ordusunun nəzarətində olan Ukrayna ərazilərində təhsil sahəsinə cavabdeh məmurlara şamil oluna bilər.

Sanksiya siyahısına Tatarıstan rəhbəri Rüstəm Minnixanovun da daxil edilə biləcəyi bildirilir. Ümumilikdə Brüssel 1600 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər hazırlayır. Yeni sanksiyaların oktyabrda təsdiqlənməsi planlaşdırılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Avropa Məhkəməsi Rusiyaya qarşı 879 şikayət ərizəsinə baxmaqdan imtina edib

4 Sentyabr 2026

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il sentyabrın 16-dək baş vermiş pozuntularla bağlı Rusiyaya qarşı verilmiş 879 şikayəti baxılan işlərin siyahısından çıxarıb. Məhkəmənin açıqlamasına görə, Rusiyanın silahlı münaqişələrdə iştirakı ilə bağlı şikayətlər bu qərara daxil edilməyib və onlara ayrıca baxılacaq. Şikayətlər ədalətli məhkəmə araşdırması, mülkiyyət və ifadə azadlığı, saxlanma şəraiti, miqrasiya, hərəkət azadlığı və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir. AİHM bildirib ki, qərar şikayətlərin qəbuledilməz və ya əsassız olması ilə bağlı deyil. Məhkəmə əsas səbəb kimi Rusiyanın 2022-ci ilin martından əməkdaşlığı dayandırmasını, sorğulara cavab verməməsini və qərarları icra etməyəcəyini bildirməsini göstərib. Məhkəməyə görə, şikayətlərin hər birinə ayrıca baxılması...
Dünya

Netanyahu: "Əsas missiyamız İranda rejim dəyişikliyidir, buna yaxınıq"

4 Sentyabr 2026

sosial media

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin əsas missiyasının İranda rejim dəyişikliyi olduğunu deyib.  O, bunu sentyabrın 3-də Təl-Əvivdə keçirilən forumda dilə gətirib.  "Rejim artıq sarsılır. O, heç vaxt olmadığı qədər zəifdir. Rejim öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır", - Netanyahu qeyd edib.  “Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq, başqa sözlə, bu rejimi devirmək gücündə olduğumuza əminəm. Qarşıda bizi hələ də gözləyən əsas missiya məhz budur, amma bu məqsədə artıq yaxınıq. Bu, mümkünsüz deyil. Buna nail olmaq əlimizdədir", - o əlavə edib.  Bu ilin fevralın sonunda İsrail ABŞ ilə birlikdə İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə tərəflər arasında atəşkəs əldə...

Seçilmiş Videolar

Toplum TV loqo