Foto: açıq mənbə
ABŞ-nin keçmiş prezidenti Bil Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton "Epşteyn işi" üzrə Konqresin Nəzarət Komitəsinin üzvləri tərəfindən dindirilib.
Dindirilmə Klintonların yaşadığı Nyu-York ştatının Vestçester əyalətində, mətbuata qapalı şəkildə baş tutub.
Fevralın 27-də dindirilən B.Klinton komitə önündə verdiyi müdafiə nitqini ictimailəşdirib.
O, nitqində bildirib ki, azyaşlıların cinsi istismarında təqsirli bilinmiş Cefri Epşteynlə yaxınlıq etsə də, onun cinayətlərindən xəbəri olmayıb.
O əlavə edib ki, sözügedən cinayət əməllərindən xəbəri olsaydı, Epşteynlə nəinki yaxınlıq etməzdi, hətta onu özü polisə şikayət edərdi.
Ondan bir gün öncə ifadə verən H.Klinton isə, ümumiyyətlə, Epşteynlə nə vaxtsa görüşdüyünü təkzib edib. O, Konqresin onların əvəzinə prezident Donald Trampa qarşı iddiaları araşdırmalı olduğunu bildirib.
Klintonlar əvvəlki açıqlamalarında onların təhqiqata cəlb edilməsinin siyasi motivli olduğunu iddia ediblər.
ABŞ-də prezidentlərin Konqres önündə dindirilməsi nadir hadisə sayılır. Sonuncu dəfə 1974-cü ildə prezident Cerald Ford Konqres önündə dindirilib.
"Epşteyn faylları” milyarder iş adamı, azyaşlıların cinsi istismar məqsədilə alverində təqsirləndirilən Cefri Epşteynə dair istintaq materiallarını əhatə edir.
Epşteyn 2019-cu ilin iyulunda həbs edilib və bir ay sonra həbsxanada ölü tapılıb. Rəsmilər onun intihar etdiyini bildirsələr də, bir çox amerikalı buna şübhə ilə yanaşır.
İttiham aktında qeyd olunur ki, Epşteyn aralarında azyaşlıların da olduğu çoxlu sayda qızı özünə məxsus adaya apararaq cinsi istismara məruz qoyub.
Açıqlanan sənədlərdə B.Klintondan başqa, Donald Tramp, milyarder iş adamı Bil Qeyts, keçmiş Britaniya şahzadəsi Endryu və başqa məşhurların da adları çəkilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib