Dünya

Kreml: “Litvada ABŞ hərbi bazası yaradılarsa, Rusiya tədbir görəcək”

6 Oktyabr, 2026
31

sosial media

Kreml Litvada ABŞ hərbi bazasının yaradılması və ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması ehtimalının Avropada gərginliyi artıracağını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı düzəlişi ilkin mərhələdə qəbul etməsinə münasibət bildirib. O, həmçinin ABŞ-nin Litvada daimi hərbi baza yaratmaq ehtimalını şərh edib.

“Nə qonşu dövlətin ərazisində nüvə silahlarının yerləşdirilməsi, nə də bu cür hərbi infrastruktur Avropa qitəsində sabitliyə töhfə verəcək”, - o bildirib.

Peskovun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri tədbirləri” görməyə məcbur olacaq.

Oktyabrın 6-da Litva Seymi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı konstitusiya düzəlişini birinci səsvermədə qəbul edib. Düzəlişin qüvvəyə minməsi üçün daha bir parlament səsverməsi tələb olunur.

ABŞ prezidenti Donald Tramp isə bir gün əvvəl Litvanın ölkədə daimi Amerika hərbi bazası yaratmaq təklifinə baxacaqlarını deyib. ABŞ 2019-cu ildən Litvada rotasiya əsasında təxminən 1000 hərbçidən ibarət zirehli batalyon saxlayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”

5 Oktyabr 2026

açıq mənbə

Rusiya ordusu Qara dənizin neytral sularında qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Bunu oktyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski "X” hesabında yazıb. Onun sözlərinə görə, Türkiyəyə məxsus olan hücum nəticəsində gəminin kapitanı ölüb. Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib. “Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrin də bununla bağlı təklifləri olub. Amma Rusiya normal dəniz gəmiçiliyi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır. Buna həqiqətən maraq göstərən hər kəs də yardım etməlidir”, - Zelenski...
Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...

Seçilmiş Videolar

Toplum TV loqo