Azərbaycanda korrupsiya barədə məlumat verənlərin mükafatlandırılması təklif olunur
sosial media
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı qanun layihəsi müzakirə olunub.
APA yazır ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, verilən məlumat təsdiqini tapdığı halda məlumat verən şəxsə təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məlumatın təsdiqlənməsi barədə şəxsə məlumat verildikdən sonra 10 iş günü ərzində verilməsi təklif edilir.
Layihədə məlumat verən şəxsin məxfiliyinin qorunacağı da qeyd olunur.
Təklifə görə, mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Cinayət işi üzrə müəyyən hallarda isə məlumat verən şəxsə dövlətə ödənilən vəsaitin və ya dövlətə vurulmuş və sonradan bərpa edilmiş zərərin 5 faizi həcmində ödəniş edilə bilər.
Məlumat verən şəxs və ya onun yaxın qohumu bu məlumatla əlaqədar həlak olarsa, ailəsinə 20 min manat, bədən xəsarəti aldıqda isə 10 min manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Əmlaka dəyən ziyanın da qanunvericiliyə uyğun ödənilməsi təklif edilir.
Həmçinin korrupsiya barədə məlumat verən şəxslərə ödənilən mükafatların gəlir vergisindən azad olunması nəzərdə tutulur.
Azərbaycanda korrupsiya ilə bağlı iddialar, xüsusilə dövlət satınalmaları, iri infrastruktur layihələri və büdcə vəsaitlərinin xərclənməsi barədə araşdırmalar uzun illərdir media və ictimai müzakirələrin mövzusudur.
Son illər korrupsiya araşdırmaları ilə tanınan müstəqil media nümayəndələrinə qarşı cinayət işlərinin açılması beynəlxalq media azadlığı təşkilatlarının tənqidinə səbəb olub. Hökumət isə bu tənqidləri qəbul etmir və jurnalistlərin peşə fəaliyyətinə görə deyil, qanun pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”