Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr, 2026
24

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq.

APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi.
Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb.
“Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq”, - o deyib.

İlham Əliyev 1999-cu ildə YAP-ın I qurultayında sədr müavini, 2001-ci ildə keçirilən II qurultayda isə yeni yaradılmış sədrin birinci müavini vəzifəsinə seçilib.

O, 2003-cü ilin oktyabrında Azərbaycan prezidenti seçilib, 2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında isə partiya sədri olub.

YAP 1992-ci ildə İlham Əliyevin atası, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev tərəfindən yaradılıb. İlham Əliyev sonrakı IV, V, VI və VII qurultaylarda da yenidən partiya sədri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”

5 Oktyabr 2026

VOA

“Müdafiə Xətti” insan haqları təşkilatı sentyabr ayı üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb. Hesabatda bildirilir ki, sentyabrın 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, həmin iş üzrə təqsirləndirilən ictimai fəal Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Sənəddə “Toplum TV işi” üzrə sentyabrın 21-də keçirilən apellyasiya iclasına da toxunulur. Təşkilat müdafiə tərəfinin vəsatətlərinin baxılmadan rədd edildiyini bildirir. “Hakim Zəfər Əhmədov prosesin gedişində Cinayət-Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq məhkəmədə vətəndaşların iştirakına qadağa qoydu, təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadə etmələrinə mane oldu, onlardan üç nəfərini zaldan çıxardı, Ruslan İzzətliyə qarşı qeyri-etik ifadədən...
Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...

Seçilmiş Videolar

Toplum TV loqo