sosial medya
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti azarkeşlərin Fələstinə dəstək pankartlarına görə klubu UEFA-ya şikayət edib.
Özbek bu barədə HT Spor-a açıqlamasında danışıb.
“Eşitmişik ki, Netanyahunun hökuməti azarkeşlərimizin Fələstin xalqına dəstək məqsədilə açdığı pankartlara görə klubumuzu UEFA-ya şikayət edib. Türk xalqı olaraq tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında olmağa və Fələstin xalqının yaşadığı ağrılara səssiz qalmamağa davam edəcəyik”, - klub prezidenti deyib.
D.Özbek Fələstinə dəstəyin siyasi yox, humanitar və vicdani mövqe olduğunu bildirib. O, UEFA-nı bu şikayəti siyasi motivli müraciət kimi qiymətləndirərək nəzərə almamağa çağırıb.
“Futbolu siyasətdən uzaq tutmağın yolu humanitar və vicdani mövqeləri cəzalandırmaq deyil, futbolun siyasi təzyiqlərə məruz qalmasının qarşısını almaqdır”, - o qeyd edib.
“Qalatasaray” azarkeşləri Avropa turnirlərində keçirilən oyunlarda dəfələrlə Fələstinə dəstək pankartları açıblar. Noyabrın 25-də İngiltərənin “Aston Villa” komandası ilə keçirilən Çempionlar Liqası matçında da tribunada Qəzzaya dəstək mesajları nümayiş etdirilib.
“The Athletic”in UEFA-ya sorğusuna cavab olaraq qurum İsrail hökumətindən rəsmi şikayət alıb-almadığını şərh etməkdən imtina edib. Bununla belə, UEFA rəsmiləri Fələstin bayraqları və simvollarının təxribatçı hesab edilmədiyini, yarışlarda nümayişinə icazə verildiyini bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Youtube/Ahmadi
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub