Ölkə

Azərbaycanda hərbçilər milyon yarımlıq yanacaq mənimsəməsində ittiham olunurlar

25 noyabr, 2026
4

sosial media

Azərbaycanda aralarında kapitan və mayor rütbəli hərbi qulluqçuların da olduğu 15 nəfərlik qrup 1,4 milyon manatlıq yanacaq mənimsəməkdə ittiham edilir.

“Qafqazinfo” yazır ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Bildirilir ki, iş üzrə Mehdiyev Elman, İmanlı Tehran, Əmirov Həsən, Bayramzadə Kənan, Məmmədov Mobil, Əliyev Qəhrəman, Quliyev Nihad, Məmmədov Zaur, Baxşiyev Samir, Hüseynli Məhəmməd, Mustafayev Elçin, Əliyev Məmməd, Mahmudov Cahid, Seyidov Mirmusa və Tərlanzadə Ravid təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məlumata görə, onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir. 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.
Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Təqsirləndirilən şəxslərin vəkillərinin ittihamlara münasibəti, həmçinin işin hansı məhkəmədə araşdırılacağı barədə məlumat açıqlanmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir

20 noyabr 2026

sosial media

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun 6 günlük intizam cəzası alaraq cərimə kamerasına (“kars”) yerləşdirildiyi bildirilir. Məhbusun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, Yusifov noyabrın 18-də cəza kamerasına salınıb. Onun sözlərinə görə, buna noyabrın 14-də ailə görüşü zamanı Yusifovla müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəb olub. Əhmədova bildirib ki, iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib. O bildirib ki, müəssisə əməkdaşları ailədən...
Ölkə

Rusiya pasportu ilə Antarktidaya gedən azərbaycanlı bloger Ermənistana buraxılmadığını deyir

18 noyabr 2026

Foto:şəsxi arxiv

Azərbaycanlı əsilli bloger, Rusiya vətəndaşı Rüstəm Şükürov 100 dollar büdcə ilə Moskvadan Antarktidaya səyahət layihəsi çərçivəsində Ermənistana buraxılmadığını deyib. “OC Media”nın məlumatına görə, Şükürov dostları ilə sentyabrın 20-də avtostopla yola çıxıb. Onun sözlərinə görə, Ermənistan sərhədinədək heç bir pul xərcləmədən gəlib çatıb, lakin sərhəd-keçid məntəqəsində ölkəyə girişinə icazə verilməyib. Bloger bildirib ki, Ermənistan səfərin əsas məqsədi deyil, İran və daha sonra Afrika istiqamətində nəzərdə tutulan uzun marşrutun bir hissəsi idi. “Ermənistan böyük səyahət marşrutumun tərkib hissəsi idi. Ermənistandan İrana, oradan da Afrikaya getməyi planlaşdırırdım. Bu, dostumla həyata keçirdiyimiz ikinci böyük səyahət layihəsidir. İlk dəfə Rusiyadan Balidək avtostopla getmişdik”, - Şükürov...

Seçilmiş Videolar

Toplum TV loqo