Dünya

“Reuters”: Müctəba Xamenei zənginləşdirilmiş uranın ixracını qadağan edib

22 may, 2026
133

wikipedia.org

İranın ali rəhbəri Müctəba Xamenei zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını qadağan edən göstəriş verib. Bu barədə “Reuters” agentliyi İrandakı iki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu qərar Tehranın ABŞ ilə danışıqlarda mövqeyinin sərtləşdiyini göstərir. Belə ki, münaqişə başlamazdan əvvəl İran hakimiyyəti 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarının yarısının ölkədən çıxarılması imkanını nəzərdən keçirirdi. Lakin ABŞ prezidenti Donald Trampın İrana qarşı dəfələrlə hərbi zərbələr endiriləcəyi ilə bağlı hədələr səsləndirməsindən sonra Tehranın mövqeyi dəyişib.

“Reuters” yazır ki, İran hakimiyyəti zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını milli təhlükəsizlik üçün risk hesab edir və ABŞ ilə İsrail tərəfindən yeni hücumların baş verə biləcəyindən ehtiyatlanır.

Agentliyin mənbələrinə görə, İran tərəfi ilk növbədə hücumların dayandırılacağına dair təminatların verilməsində israrlıdır. Tehran yalnız bundan sonra mümkün nüvə sazişinin detalları üzrə müzakirələr aparmağa hazır olduğunu bildirir.

“Reuters”ə danışan israilli rəsmilər həmçinin bildiriblər ki, Tramp Tehranla əldə oluna biləcək hər hansı razılaşmaya İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı müddəanın daxil edilməsinə çalışacağını vəd edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə daha əvvəl bəyan edib ki, İran uran ehtiyatlarını saxladığı müddətdə İsrail münaqişəni başa çatmış hesab etmir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin qiymətləndirməsinə görə, 2025-ci ilin yayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən əvvəl ölkənin təxminən 440 kiloqram, 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr 2026

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb.  Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar.  "NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir.  Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib.  Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin...
Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo