Dünya

“Sərhədsiz Reportyorlar” Rusiyada “arzuolunmaz təşkilat” kimi tanınıb

15 Avqust, 2025
36

Foto: Robin Grassi/RSF

Rusiya Ədliyyə Nazirliyi “Sərhədsiz Reportyorlar” (RSF) beynəxalq mətbuat azadlığı təşkilatını “arzuolunmaz” elan edib. 

“TASS” agentliyinin xəbərinə görə, bu barədə ötən ay Rusiya Baş Prokurorluğu qərar çıxarıb. 

Bundan əvvəl, 2024-cü ilin aprelində Rusiyanın kommunikasiyalara nəzarət qurumu “Roskomnadzor” RSF-nin saytını bloklayıb.

“RSF-ni – jurnalistikanı müdafiə edən QHT-ni – “arzuolunmaz təşkilat” kimi təsnif etməklə Kreml açıq mesaj verir: o, senzura və təbliğatını ifşa edən bütün açıqfikirli səsləri boğmaq kampaniyasını davam etdirir. Amma bu bizi susdurmayacaq”, - deyə RSF-nin icraçı direktoru Tibaut Brutin bəyanat verib. 

“Biz Rusiyanın xəbərə və məlumata qarşı apardığı müharibəni araşdırmağa və ifşa etməyə, həmçinin Rusiyada və Ukraynada jurnalistlərə qarşı cinayətlərə görə məsul olan hər bir rusiyalının müəyyən olunması və mühakimə olunması üçün işləməyə davam edəcəyik. Bir növ, təxminən 250 təşkilatdan ibarət siyahıya salınmağımız RSF üçün şərəfdir. Səbəbin göstərilməməsi isə, görünür, qərarın RSF-nin bütün fəaliyyətlərinə – rusiyalı jurnalistlərin ölkədən çıxarılmasından tutmuş Svoboda peyk yayımına qədər – bir etiraf kimi qəbul edilməsinə dəlalət edir”, - o əlavə edib. 

Rəsmi adı “Reporters sans frontières” (RSF) olan təşkilat 1985-ci ildə Fransada yaradılıb. Təşkilatın missiyası bütün dünyada mətbuat azadlığını, jurnalistləri və internet istifadəçilərini qorumaqdır. 

Təşkilat hər il “Mətbuat azadlığı barometri” adlı hesabat dərc edir və söz azadlığının məhdudlaşdırılması və müxtəlif ölkələrdə jurnalistlərin təqib olunması barədə məlumat verir. Bu hesabatlarda Rusiya ildən-ilə daha aşağı yerlərdə qərarlaşır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Varlamova 8 il qiyabi həbs cəzası verilib 

14 Avqust 2025

Foto: Sergei Kiselev/ Moskva News Agency

Moskvanın Meşçanski Məhkəməsi bloger İlya Varlamovu “Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda və xarici agent kimi fəaliyyətdə” ittiham edib. Məhkəmə onu qiyabi olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Əlavə olaraq, məhkəmə ona 99,5 milyon rubl cərimə cəzası kəsib.  Cinayət işi Varlamovun 23 noyabr 2023-cü il tarixli, Rusiya qoşunlarının Krivoy Roq və Odessa şəhərlərini atəşə tutmasından bəhs edən “YouTube” videosu ilə əlaqədar açılıb.  Onun həm də “xarici agentlər” haqda qanunvericiliyi 19 dəfə pozduğu iddia edilib.  “Mən nə etmişəm ki? Deyirlər ki, ordu haqqında yalan xəbərlər yaymışam. Deyirlər ki, Müdafiə Nazirliyinin mətbuat relizlərini kifayət qədər...
Dünya

Rusiya “Telegram” və “WhatsApp”da zəngləri bloklayır

14 Avqust 2025

Foto: açıq mənbə

Rusiya “Telegram” və “WhatsApp” messencerlərində zəngləri bloklamağa başlayıb.  Bu barədə məlumatı Rusiyada kommunikasiyalara nəzarət edən dövlət qurumu “Roskomnadzor” təsdiqləyib.  Qurum bildirib ki, bunu “dələduzlara qarşı mübarizə aparmaq” məqsədilə edirlər. “Cinayətkarlarla mübarizə aparmaq məqsədilə, hüquq-mühafizə orqanlarının materiallarına əsasən, bu xarici messencerlərdə zənglərin qismən məhdudlaşdırılması tədbirləri görülür. Onların funksionallığının digər hissələrinə heç bir məhdudiyyət tətbiq olunmur,” – açıqlamada deyilir. Qurum əlavə olaraq iddia edib ki, sözügedən messencerlər “aldatma və pul qoparma, həmçinin Rusiya vətəndaşlarını diversiya və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə” çevrilib. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, messencerlər Rusiya qanunvericiliyinin tələblərinə əməl edəcəkləri halda...

Seçilmiş Videolar

Toplum TV loqo