Siyasət

Overçuk: "Tramp marşrutu" Ermənistan üçün yaxşıdırsa, biz də dəstəkləyirik 

15 Avqust, 2025
37

Foto: Alexander Astafyev/POOL/TASS

Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan "Tramp marşrutu"nu ölkəsinin dəstəklədiyini deyib. 

"Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz də onu dəstəkləyirik", - Overçuk deyib.

Buna baxmayaraq, o əlavə edib ki, tərəflərlə "aydınlaşdırılmalı olan bəzi nüanslar" var. 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur. 

“Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki tərəflərdən heç biri onlardan rəsmi olaraq geri çəkilməyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanında iştirakını, xüsusilə də respublika ərazisindən keçən tranzit əməliyyatlarının tənzimlənməsi baxımından, nəzərə almaq vacibdir”, - o qeyd edib. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp Norveçin maliyyə nazirinə zəng edərək Nobel istəyib

15 Avqust 2025

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp Norveçin maliyyə naziri və keçmiş NATO baş katibi Cens Stoltenberqə zəng edərək Nobel Sülh Mükafatı istəyib.  Norveç mətbuatının xəbərinə görə, telefon zəngi ötən ay, Stoltenberq Oslo küçələrində gəzdiyi vaxt baş tutub.  Zəngdə Trampın, həmçinin, tarifləri müzakirə etdiyi bildirilir.  “Reuters” agentliyinə açıqlama verən nazir zəngdə tariflər və iqtisadi əməkdaşlığın müzakirə olunduğunu, lakin əlavə detallar verə bilməyəcəyini deyib.  Tramp artıq bir neçə dəfə ictimai şəkildə Nobel Sülh Mükafatı almaq istəyini dilə gətirib.  O, iyunda “Truth Social” sosial şəbəkəsində dünyada sülh üçün nə qədər çalışmasından asılı olmayaraq mükafatı almayacağından gileylənib.  “Xeyr, nə etsəm də – istər Rusiya-Ukrayna, istərsə də...
Siyasət

Ermənistan rəsmisi: ABŞ və Ermənistan “Tramp marşrutu”ndan məsul şirkətin səhmlərini bölüşəcək 

15 Avqust 2025

Foto: president.az

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İranın “IRNA” agentliyinə müsahibəsində “Tramp marşrutu"ndan məsul olacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ tərəfindən bölüşdürüləcəyini deyib.  O əlavə edib ki, sözügedən şirkət Ermənistanda qeydiyyatdan keçəcək.  Nazir müavini şirkətin konkret hansı işlərdən məsul olacağını açıqlamayıb.  “Amma bu, regionda Amerika təhlükəsizlik qüvvələrinin mövcudluğu demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biridir və mənim fikrimcə, bu məsələ artıq həll olunub”, - Kostanyan vurğulayıb.  Nazir müavini 12-13 avqust tarixlərində İrana səfər edib və İran xarici işlər naziri Seyid Abbas Ərağçı, İran Ali Liderinin xarici siyasət üzrə müşavirləri Kamal Xərrəzi və Əli Əkbər Vilayəti...

Seçilmiş Videolar

Toplum TV loqo