Siyasət

Azərbaycanlı sürücülər: İran “Tramp marşrutu"nun acığını bizdən çıxır 

15 Avqust, 2025
73

Foto: sosial media

İranın gömrük işçilərinin son günlərdə azərbaycanlı yük maşını sürücülərinə problemlər yaratdığı bildirilir. 

Bu barədə “Gündəlik Naxçıvan” səhifəsi sürücülərə istinadən xəbər yayıb. 

Buna avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan, Azərbaycanı Naxçıvana birləşdirəcək “Tramp marşrutu"nun səbəb olduğu qeyd olunub. 

“Naxçıvandan Bakıya yük daşıyan sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar”, - xəbərdə deyilir. 

Məlumata görə, iranlı gömrük rəsmiləri azərbaycanlı sürücülərə ironiya ilə “Tramp marşrutu“ndan istifadə etməyi məsləhət görüblər. 
 
Sürücülər səhifəyə etdikləri müraciətlərində bildirir ki, Biləsuvar gömrük keçidində növbə olduğunu bəhanə gətirərək onları xeyli aralıdakı çöllüyə göndərirlər. 

“Burda nə yemək var, nə də su. Nəsə almaq üçün gərək kilometrlərlə yolu piyada gedəsən. Bir neçə gündür belə ediblər. Əvvəl gömrüyün qarşısında bir neçə saat gözlədikdən sonra buraxılırdıq. Sülh sazişi imzalandıqdan sonra bizi və türkiyəli sürücüləri  gətirib, çöllüyə doldurublar, günlərlə gözləməyə məcbur edirlər. Kefləri gələndə 1-2 maşın buraxırlar. Ac-susuz, toz-torpaq içində gözləməyimiz bir tərəfə, burada tualet də yoxdur. Həm də, bizimlə heyvan kimin davranırlar”, - sürücülər deyib. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

İran prezidenti Məsud Pezeşkian “TRIPP”-lə bağlı ölkəsinin “yeganə narahatlığının” yolun ABŞ şirkəti tərəfindən tikilməsi olduğunu desə də, İran ali lideri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu mövzuda daha sərt çıxış edib. 
O bildirib ki, İran marşruta qarşı çıxacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Overçuk: "Tramp marşrutu" Ermənistan üçün yaxşıdırsa, biz də dəstəkləyirik 

15 Avqust 2025

Foto: Alexander Astafyev/POOL/TASS

Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan "Tramp marşrutu"nu ölkəsinin dəstəklədiyini deyib.  "Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz də onu dəstəkləyirik", - Overçuk deyib. Buna baxmayaraq, o əlavə edib ki, tərəflərlə "aydınlaşdırılmalı olan bəzi nüanslar" var.  Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur.  “Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki...
Siyasət

Tramp Norveçin maliyyə nazirinə zəng edərək Nobel istəyib

15 Avqust 2025

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp Norveçin maliyyə naziri və keçmiş NATO baş katibi Cens Stoltenberqə zəng edərək Nobel Sülh Mükafatı istəyib.  Norveç mətbuatının xəbərinə görə, telefon zəngi ötən ay, Stoltenberq Oslo küçələrində gəzdiyi vaxt baş tutub.  Zəngdə Trampın, həmçinin, tarifləri müzakirə etdiyi bildirilir.  “Reuters” agentliyinə açıqlama verən nazir zəngdə tariflər və iqtisadi əməkdaşlığın müzakirə olunduğunu, lakin əlavə detallar verə bilməyəcəyini deyib.  Tramp artıq bir neçə dəfə ictimai şəkildə Nobel Sülh Mükafatı almaq istəyini dilə gətirib.  O, iyunda “Truth Social” sosial şəbəkəsində dünyada sülh üçün nə qədər çalışmasından asılı olmayaraq mükafatı almayacağından gileylənib.  “Xeyr, nə etsəm də – istər Rusiya-Ukrayna, istərsə də...

Seçilmiş Videolar

Toplum TV loqo